19:24 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlk ağıllı insan

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:07 17.07.2021

 

Elmi araşdırmalara görə, insanlığın cinsi olan Homo (insan) müxtəlif növləri ilə günümüzdəki insan anlayışının ilkin versiyalarını özündə birləşdirir.

Ağıllı insan adlandırılan Homo Sapiensin 100 min il əvvəl meydana çıxması nəticəsində cinsin təkamülü aydın şəkildə görünür. Homo sapiensdən əvvəl Homo cinsinin 6-dan çox növünün mövcud olduğu deyilir. Hətta bir çox araşdırmalar Neandertalla Sapiensin eyni dövrdə yaşadıqlarını da iddia edir. Neandertallar Sapiensdən müəyyən xüsusiyyətləri ilə fərqlənirdilər. Onların ümumi quruluşu daha nəhəng və güclü idi.

Sapiens növündə beyin digərlərinə nisbətən daha balaca idi. Beynin böyük olması təfəkkürün lazımi komponenti sayılsa da, bu, insan fəaliyyəti üçün bir çox maneələr törədir. Belə ki, böyük beyin bədən üçün ağır yükdür və onu enerji ilə təmin etmək çətindir. Homo Sapiensdə beyin ümumi bədən kütləsinin cəmi 2-3 faizini təşkil edirdi.

Ümumi fiziki quruluş Homo Sapiensdə boyun 1.60 metr (qadınlar) və 1.70 metr (kişilər) olması idi. Ağırlıq cinsdən asılı olaraq 60 ilə 70 kiloqram arasında dəyişirdi. Araşdırmalara görə, onlar tündrəngli dəriyə sahib idilər. Bu da böyük ehtimalla Afrika savannasının günəşli iqlimi səbəbindən qaynaqlanırdı. Dəridəki tünd çalarlar onları ultrabənövşəyi şüaların təsirindən qoruyurdu.

Əllərdən dəstək üçün istifadə etmədən iki ayaqla gəzmək bacarığı Homo Sapiensə böyük bir təkamül üstünlüyü verdi. Bunun nəticəsində o, əllərini sərbəst şəkildə idarə edə və ya özünü müdafiə etmək üçün istifadə edə bilərdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM