20 Iyun 2019 01:29
1034
Fərmanlar
A- A+

İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları


Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. "İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydaların məqsədi idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) arasında əlaqəli risklərin idarə olunması məqsədilə yaradılan sistem əsasında qarşılıqlı əməkdaşlığın və büdcə gəlirlərinin təmin edilməsi üçün birgə nəzarətin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirərək, idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını, vergilərin və gömrük ödənişlərinin ödənilməsində səmərəliliyin yüksəldilməsini, ticarətin asanlaşdırılmasını və bu sahədə şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir.

1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. risk – büdcə gəlirlərinin vaxtında və düzgün hesablanaraq ödənilməməsi ehtimalı;

1.3.2. yüksək və orta risk qrupunda olan xarici ticarət fəaliyyətinin iştirakçıları – qüvvədə olan vergi və gömrük qanunvericiliyinə uyğun olaraq Nazirliyin və Komitənin tətbiq etdikləri risk meyarlarına əsasən müvafiq risk qrupuna aid edilən şəxslər;

1.3.3. faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər – risk meyarlarına əsasən müəyyən edilən, malların faktiki idxalatçısı və ya ixracatçısı digər şəxslər olduğu halda, idxal və ya ixrac əməliyyatlarını öz adından həyata keçirən şəxslər;

1.3.4. malların gömrük dəyəri – malların "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri.

2. İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarətin həyata keçirilməsi istiqamətləri

2.1. İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

2.1.1. gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi;

2.1.2. idxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili;

2.1.3. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi;

2.1.4. idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi.

3. Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi

Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi Nazirliyin və Komitənin müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir.

4. İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə məxsus malların rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili

4.1. İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər barədə məlumatlar bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulan informasiya sistemləri vasitəsilə həyata keçirilən qarşılıqlı məlumat mübadiləsi nəticəsində formalaşır.

4.2. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər mallara dair gömrük bəyannaməsi təqdim edərkən Komitə birgə baxışın keçirilməsi məqsədilə Nazirliyə real vaxt rejimində məlumatlar göndərir.

4.3. Bu Qaydaların 4.2-ci bəndində göstərilən məlumatlar real vaxt rejimində göndərildikdən 30 dəqiqə ərzində Nazirlik, qanunvericiliyə uyğun tətbiq edilən risk meyarlarına əsaslanaraq, gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində mallara gömrük baxışında vergi orqanı əməkdaşının iştirak edib-etməyəcəyi barədə real vaxt rejimində qeydlər aparır.

4.4. Bu Qaydaların 4.2-ci bəndində göstərilən məlumatlar qeyri-iş vaxtlarında təqdim olunduqda, Nazirlik həmin məlumatlara növbəti iş günü başladıqdan 30 dəqiqə ərzində münasibət bildirir.

4.5. Gömrük orqanının əməkdaşı malların gömrük rəsmiləşdirilməsini həyata keçirərkən gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması başa çatdırılanadək elektron proqram təminatı vasitəsilə vergi orqanının əməkdaşı ilə birgə baxışın keçirilib-keçirilməyəcəyi barədə məlumat əldə edir.

4.6. Vergi orqanının vəzifəli şəxsləri gömrük baxışında iştirak edəcəkləri halda, vergi orqanı əməkdaşının iştirakı malların birgə baxışı zamanı dərhal təmin edilir.

4.7. Bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş birgə baxış gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində həyata keçirilir.

4.8. Birgə baxışın həyata keçirilməsinə dair bu Qaydaların əlavəsində müəyyən olunmuş formada "Birgə baxış aktı” tərtib olunur.

4.9. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal edən şəxslər tərəfindən idxal olunan mallara gömrük nəzarəti zonasında vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə birgə baxış həyata keçirildikdən sonra malların sahiblərinə idxalatçının anbarında və ya digər təsərrüfat obyektində təhvil verilməsi vergi orqanı əməkdaşının iştirakı ilə həyata keçirilir.

4.10. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal edən şəxslər tərəfindən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar idxalatçının anbarına və ya digər təsərrüfat obyektinə daşınarkən vergi orqanının əməkdaşı malların daşındığı yerlər barədə Nazirliyin informasiya sistemində məlumatın olub-olmadığını araşdırır və malların çatdırılmasına nəzarət edir.

4.11. Malların daşındığı anbar və ya digər təsərrüfat obyekti barədə Nazirliyin informasiya sistemində məlumat olmadığı hallarda, idxal edilmiş malların təhvil verildiyi anbara və ya digər təsərrüfat obyektinə dair hüquqtəsdiqedici sənədlər (alqı-satqı, saxlanc, icarə və sair) tələb olunur. Sənədlər təqdim edilmədiyi təqdirdə, vergi orqanının əməkdaşı bu halı aktlaşdırır və müvafiq izahatlar alır.

5. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun həyata keçirilməsi

5.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadəyə gömrük və vergi orqanları birgə nəzarət həyata keçirə bilərlər.

5.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsi aparılmış mallardan qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadə edilib-edilmədiyini vergi orqanlarının yoxlamaq niyyəti gömrük orqanlarına bildirilir və bu zaman yoxlama birgə həyata keçirilir.

5.3. Bu Qaydaların 5.1-ci bəndində göstərilən birgə nəzarət aşağıdakı yerlərdə həyata keçirilir:

5.3.1. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanıldığı yerlərdə;

5.3.2. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların istifadə edildiyi yerlərdə.

5.4. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 195.2-ci maddəsində qeyd olunan hallardan biri baş verdikdə başa çatır.

6. İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi

6.1. İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı bəyan edilmiş malların gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə daha effektiv nəzarət məqsədilə Nazirlik və Komitə arasında məlumat mübadiləsi həyata keçirilir.

6.2. Malların gömrük dəyərinin "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilməsi zamanı istifadə üçün Nazirlik yüksək və orta risk qruplarına aid xarici ticarət fəaliyyətinin iştirakçılarının idxal etdikləri malların satış qiymətləri barədə məlumatları sorğu əsasında Komitəyə verir. Sorğu əsasında Nazirlikdən əldə olunmuş məlumatlardan mənbə kimi istifadə edilə bilər.

6.3. Vergi orqanlarının xarici ticarət fəaliyyətinin iştirakçılarında həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin düzgün bəyan edilməsinə əsaslı şübhələr olduqda, Nazirlik bu barədə Komitəyə məlumat verir.

"İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini
təmin edən qurumların birgə nəzarətinin
həyata keçirilməsi Qaydaları”na əlavə

İdxal-ixrac əməliyyatları zamanı xarici ticarət iştirakçısının yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının keçirilməsinin nəticələri barədə

A K T №_______

_________________________ _____________

(şəhər, rayon) (tarix)

Aktı _________________________________________________________________________________

(gömrük və vergi orqanı əməkdaşlarının hər birinin vəzifəsi, rütbəsi, soyadı, adı və atasının adı)

_________________________________________________________________________________

_________________________________________________________________________________

(baxışın keçirilməsində iştirak edən xarici ticarət iştirakçısı olan hüquqi şəxsin rəhbərinin, fərdi sahibkarın (onların səlahiyyətli nümayəndəsinin) soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, verən orqanın adı və qeydiyyatda olduğu ünvan)

_____________________________________________________________________________________________________

________________________________________________________ iştirakı ilə tərtib etdilər.

"İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata

keçirilməsi” Qaydalarına uyğun olaraq

_________________________________________________________________________________

(xarici ticarət iştirakçısı olan hüquqi şəxsin tam adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, VÖEN-i)

_____________________________________ nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara

_______________________________________________________ ünvanında birgə baxış keçirildi.

(birgə baxışın keçirildiyi ünvan)

Birgə baxışın keçirilməsi zamanı aşağıdakılar müəyyən olundu:

___________________________________________________________________________________

_____________________________________________________________________________________________________

_____________________________________________________________________________________________________

_____________________________________________________________________________________________________

_________________________________________________________

_______________________________________ __________ ________________________

(gömrük orqanı əməkdaşının vəzifəsi və rütbəsi) (imza) (soyadı, adı, atasının adı)

_______________________________________ __________

_______________________

(vergi orqanı əməkdaşının vəzifəsi və rütbəsi) (imza) (soyadı, adı, atasının adı)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video