21:07 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:47 01.08.2021

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, videoformatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupunda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Turizm Agentliyinin, Qarabağ Dirçəliş Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 911 daşınmaz əmlakın (11 016 tikili və 2 895 infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonunda işlər davam etdirilir. Həmçinin ilkin inventarlaşdırması aparılmış əmlakların 5 165-nin (37.1 faiz) əsasən yararlı, 4411-nin (31.7 faiz) qismən yararlı, 4335-nin (31.2 faiz) isə yararsız vəziyyətdə olduğu müəyyən edilib.

 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılıb. Hazırda müraciətlər əsasında 12 potensial rezident seçilib.

İşğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat malları dükanları, aptek, bankomat və s. açılması məqsədilə müvafiq şirkətlərlə görüşlər  keçirilib. Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlarda sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27  dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilib, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 676 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən verilən məlumatda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəyə verilməsi məqsədilə şirkətlərlə görüşlər keçirilib. Həmin şirkətlərlə 14497.25  hektar torpaq sahəsini əhatə etməklə torpaqdan istifadə ilə bağlı müqavilələr bağlanılıb və əkin aparılmış 9557.25 hektar əkin sahəsinə subsidiyalar ödənilib. İyulun 23-dək 8957.5 hektar taxıl sahəsi biçilib. Pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus 3661 arı ailəsinin və 8569 baş xırdabuynuzlu heyvanın köçürülməsi həyata keçirilib. Laçın rayonunun ərazisində arı ailələrinin yerləşdirilməsi məqsədilə monitorinq aparılıb və Ağcabədi, İsmayıllı, Qax rayonlarında məskunlaşan Laçın rayonundan olan fermerlərə məxsus 531 arı ailəsinin köçürülməsi həyata keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsinin təşkili ilə bağlı Andorranın PGİ və Türkiyənin İNOVA şirkətləri ilə danışıqlar aparılıb. Avqustun 1-də Dövlət Turizm Agentliyinin əməkdaşlarının Şuşa şəhərinə səfəri planlaşdırılır. Səfər müddətində Daşaltının turizm imkanları qiymətləndiriləcək.

Təqdim olunan hesabatlar işçi qrupunun üzvləri tərəfindən geniş müzakirə olunub və qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 2

020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM