29 Avqust 2021 13:37
475
DÜNYA
A- A+

“İda” qasırğası Luiziana istiqamətində dördüncü kateqoriyaya çatıb

 

Luiziana ştatının sahilboyu yolunda “İda” qasırğası Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyaya çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb. Məlumata görə, hazırda “İda” saatda 24,1 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Küləyin sürəti saniyədə 58,1 metrə çatıb.

Luiziana, Missisipi və Alabama ştatlarının sahilboyunda daşqın təhlükəsi elan edilib. Regionda leysan gözlənilir.

Daha əvvəl Luiziana ştatının qubernatoru Con Bel Edvards bildirmişdi ki, hökumət orqanları indiki qasırğanın azı son yarım əsrdə ən güclü olmasından ehtiyat edirlər. Luiziananın 320 kilometrdən çox sahil xəttində təxliyənin vacibliyi haqqında xəbərdarlıq qüvvədədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video