21:29 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 4,5 milyondan çox tibbi xidmət göstərilib
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:06 09.06.2020


Məlum olduğu kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən icbari tibbi sığorta bu ilin əvvəlindən 23 inzibati ərazidə (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş) tətbiq edilir.

İTSDA-dan verilən məlumata görə, cari ilin ilk 5 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 906 131 nəfər 1 636 166 müraciət etmişdir. Bu müraciətlər üzrə 4 585 307 tibbi xidmət göstərilmişdir.

Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (240 093), Yevlax (135 380), Xaçmaz (114 385), Zaqatala (111 711) və Şəkidir (104 544). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər (1 085 076), Yevlax (338 175), Ağdaş (337 022), Qusar (258 071) və Quba rayon mərkəzi xəstəxanalarıdır (254 415).

Məlumatda qeyd olunur ki, İTSDA tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə 449 037, Şəki-Zaqatala TƏB üzrə 428 025, Quba-Xaçmaz TƏB üzrə 321 767, Göyçay-Kürdəmir TƏB üzrə 228 746 və Dağlıq Şirvan TƏB üzrə 205 232 müraciət qeydə alınıb.

Müraciətlərin əksəriyyəti ümumi tibbi baxışla (42 070) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (36 951), essensial (birincili) hipertenziya (30 628), insulindən asılı olmayan şəkərli diabet (22 947), normal hamiləliyin gedişi üzərində müşahidə (18 212), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (17 169) və s. xəstəliklər yer alır.

Ümumilikdə 1021 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (554), oftalmologiya (267), nevrologiya/neyrocərrahiyyə (76), urologiya (66) və travmatologiya (35) üzrə əməliyyatlar çoxluq təşkil edir.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM