17 Aprel 2012 02:04
338
SİYASƏT
A- A+

Hyuston Universitetində Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə həsr olunmuş ictimai forum təşkil edilmişdir

 

Azərbaycanlı Tələbələr Assosiasiyası (ATA) Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə həsr olunmuş ictimai forum təşkil etmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,   Hyuston Universitetinin Universitet Mərkəzində keçirilən tədbirin əsas məqsədi tələbə heyətini Azərbaycanın tarixi barədə məlumatlandırmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin siyasi, sosial və etnik kökləri barədə ictimai müzakirələr üçün forum təşkil etməkdir.

ATA-nın prezidenti Mehriban Əfəndi bildirmişdir ki, forum üç əsas mövzuya- "Qafqazın etnik tarixi", "Azərbaycanın müasir tarixi", "Sovet İttifaqının dağılması və Dağlıq Qarabağ münaqişəsinin kökləri" mövzularına həsr olunmuşdur.

Hyuston Universitetinin siyasi elmlər üzrə professoru Rayan Kennedi dondurulmuş münaqişələrin Sovet İttifaqının dağılmasının qalıqları olduğunu qeyd edərək, dövlətlərarası münaqişələrin siyasi, iqtisadi və sosial təsirləri barədə məlumat vermişdir.

Sonra çıxış edən Yusif Ələsgərov Qafqazın etnik tarixi barədə təqdimat edərək, Cənubi Qafqazın müxtəlif dövrlərdə idarəçiliyi barədə danışmış, ermənilərlə azərbaycanlılar arasında etnik identiklik üstündə gedən mübahisələr haqda məlumat vermişdir.

ATA-nın təsisçisi və Hyuston Universitetinin məzunu Kamran Zahid  ötən əsrin ilk iki onilliyində Azərbaycanın bir ölkə olaraq üzləşdiyi problemlərdən bəhs edərək, müasir Azərbaycan Respublikası ilə 1918-1920-ci illərdə mövcud  Azərbaycan Demokratik Respublikası arasında paralellər aparmışdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktoru Yusif Babanlı  təqdimatında Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə toxunaraq, tərəflərin arqumentləri, hazırda davam edən danışıqlarda beynəlxalq ictimaiyyətin rolu və mövqeyi barədə danışmışdır. Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi  gələcəyə baxış və münaqişənin mümkün nəticələri barədə məlumat vermişdir.

2006-cı ildə Kamran Zahid tərəfindən təsis edilmiş Azərbaycanlı Tələbələr Assosiasiyası Hyuston Universitetinin tələbələrini Azərbaycanın mədəniyyəti və tarixi barədə məlumatlandırmaq məqsədi daşıyır. Təşkilatın hazırkı prezidenti Mehriban Əfəndi Bauer Biznes Kollecində biznesin idarə edilməsi üzrə magistr təhsili alır. Forumun keçirilməsinə maliyyə dəstəyini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və ABŞ Azərbaycanlıları Şəbəkəsi vermişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video