31 Oktyabr 2012 12:10
597
Elm və texnika
A- A+

Hövzələrdəki içməli suyun keyfiyyəti ətrafdakı ağacların sağlamlığı ilə sıx əlaqəlidir

 

Amerikalı mütəxəssislərin fikrincə, içməli suyun keyfiyyəti hövzələrin yerləşdiyi ərazidəki meşələrin sağlamlıq vəziyyətindən birbaşa asılıdır. Bununla bağlı elmi-tədqiqat materialı "Nature Climate Change" "Təbiətdə iqlim dəyişiklikləri" jurnalında dərc olunub.

Koloradodakı Təbii Ehtiyatlar Universitetinin (ABŞ) əməkdaşları Kolorado və Vayominq ştatlarında içməli suyun keyfiyyətinin korlanma səbəblərini araşdırarkən bunun meşələrin məhvi ilə bağlılığını aşkara çıxarıblar. Qeyd edək ki, hər iki ştatın ərazisini əhatə edən meşə zolağının 16 min kvadrat kilometri ziyanverici epidemiyası nəticəsində məhv olub. Bu isə ötən qışın mülayim keçməsi ilə əlaqələndirilir. Ağacların özlərini qorumaq üçün sintez etdikləri  şirədə davamlı ziyanverici-parazitlər mülayim hava şəraitində xeyli çoxalıb. Törəyən epidemiya geniş ərazidə şam meşəliyinin axırına çıxıb.

Ağacların məhvi də, öz növbəsində, yeraltı su rejimini dəyişib. Belə şəraitdə bitkilərin kökləri vasitəsilə qidalandıqları səthə yaxın su laylarına daha ehtiyac olmadığından onlar tükənir. Alimlər bunu istifadə olunmayan quyuda zaman keçdikcə suyun quruması halına bənzədirlər.

Məhv edilmiş meşəlikdəki ağacların çürüməsi və qalıqlarının da yağışla hövzələrə axması nəticəsində oradakı suyun tərkibində üzvi maddələrin miqdarı xeyli yüksəlib və təbii ki, keyfiyyətinə də mənfi təsir göstərib. Suyun tərkibi ilə yanaşı, rəngi və qoxusu da pisləşib. Belə hövzələrdəki suyu içməli hala gətirmək üçün isə daha mürəkkəb və bahalı təmizləmə işləri aparmaq tələb olunur.

Mütəxəssislər ağacların sağlamlığı ilə su hövzələrindəki vəziyyətin  bağlılığını sübuta yetirmək niyyəti ilə müxtəlif hövzələrin ətrafından, yeraltı su laylarından və digər ərazilərdən çox sayda nümunə götürərək laboratoriya analizi aparıblar. Müqayisəli təhlil iddianın düzgünlüyünü - suyun keyfiyyətinin məhz meşələrin məhvə məruz qaldığı yerlərdə daha kəskin korlandığını təsdiqləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video