10 Dekabr 2011 12:12
396
DÜNYA
A- A+

Hindistan xəstəxanasında 60 nəfər yandı

 

Hindistanın Kəlküttə şəhərindəki xəstəxanada yanğın zamanı 60 nəfərdən çox adam həlak olmuşdur. Bu barədə Qərbi Benqaliya administrasiyasına istinadən "Frans Press" agentliyi xəbər verir.

Rusiya agentlikləri yerli televiziyaya istinadən 70 nəfərin həlak olduğunu bildirir.

Xəstəxanada yanğın dünən səhər başlamışdır. Həlak olanlar arasında həm xəstələr, həm də tibb müəssisəsinin əməkdaşları var.

Hökumət mənbələrinin verdiyi məlumata görə, xəstəxananın bəzi əməkdaşları xəstələri ataraq yanan binadan qaçmışlar. Bu şəxslər peşəkar etikanı kobud şəkildə pozmaqda ittiham edilirlər. Təxminən 50 nəfərin yanğınsöndürənlər tərəfindən xilas edildiyi bildirilir. Yanğının səbəbi hələ açıqlanmamışdır. Lakin hakimiyyət orqanlarının mülahizəsinə əsasən, yanğın xəstəxana işçilərinin səhlənkarlığı ucbatından baş vermişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video