22 Oktyabr 2021 16:14
754
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır

 

2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu. Nəhayət ki, 30 ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu və xalqımız öz liderinin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı. Bunun nəticəsində "Qarabağ Azərbaycandır!" şüarı ilə torpaqlarımızı işğaldan azad etdik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Şurasının mediaforumunda çıxış edərkən bildirib.

“İlk növbədə, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi, diplomatik dəstək verməsini qeyd etmək istərdim. Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda, Türk Şurasına üzv ölkələr və başda Şuranın baş katibi olmaqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər. Vətən müharibəsi dövründə iki qardaş ölkənin KİV-ləri də çiyin-çiyinə mübarizə apardılar”, - deyə Hikmət Hacıyev qeyd edib.

Belə bir mediaforumun təşkilinin uzun illərdir gözlənildiyini vurğulayan Prezidentin köməkçisi deyib: “Bizim media nümayəndələrini belə bir formatda görməkdən xüsusi sevinc və qürur hissi duyuruq. Çünki sizlər arasında olan münasibətlər media sahəsindəki gücümüzü artırır. Bu, eyni zamanda, liderlərimiz tərəfindən qarşımıza qoyulan tapşırıqdır. Ortaq kökümüzün, mədəniyyətlərimizin insanlara, xüsusən də gənclərimizə daha yaxından tanıdılması, eyni zamanda, zəngin türk mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır”.

Azərbaycanın qarşısında duran yeni vəzifələrdən birinin Qarabağın yenidən qurulması olduğunu söyləyən Hikmət Hacıyev bildirib ki, işğaldan azad olunmuş torpaqlarımız tamamilə dağıdılıb. XXI əsrdə bir torpağın, bir şəhərin bu şəkildə dağıdılması insanın ağlına gələcək bir mənzərə deyil. Qardaş türk ölkələrinin media mənsublarına təşəkkür edirəm ki, onlar bu vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

“Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır. Bizim məqsədimiz gələcəkdə dünyada baş verə biləcək bu kimi əməllərin qarşısını almaqdır. Qarabağda Azərbaycan və türk xalqına məxsus zəngin mədəniyyət irsi var. Təəssüf ki, bu mədəni irsimiz də illər uzunu məhv edilib. İşğal altındakı torpaqlarda olan 67 məscid dağıdılıb, bütün müsəlmanlar təhqir edilərək bu məscidlərdə ermənilər tərəfindən donuz saxlanılıb.

Bu gün Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyasının mərkəzi bölgəsi kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir. Əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar və biz bu məsələdə də birgə fəaliyyət göstərəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video