05 May 2012 01:05
566
Səhiyyə
A- A+

Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirilib

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar olaraq bu günlərdə respublikamızın hər yerində müxtəlif tədbirlər - konfranslar, rəsm sərgiləri, idman yarışları, sosial aksiyalar və s. keçirilir. Belə tədbirlərdən biri də mayın 4-də Bakının Nərimanov rayonunda keçirildi.
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən qanvermə aksiyasında YAP-ın fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Humanitar aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edirdi. Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev qan verdikdən sonra aksiyada iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, bu cür aksiyaların keçirilməsi qana ehtiyacı olanlara böyük köməkdir. Ölkəmizdə qan xəstəliklərindən əziyyət çəkənlər üçün mühüm tədbirlərin həyata keçirildiyini deyən Abdin Fərzəliyev bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətinin hər kəs üçün nümunə olduğunu bildirdi. Fondun təşəbbüsü ilə inşa edilən Talassemiya Mərkəzi və bu qəbildən olan digər səhiyyə ocaqları ölkə əhalisinin bütün təbəqələrinə diqqət və qayğının təcəssümüdür.
Abdin Fərzəliyev onu da bildirdi ki, Rusiya Federasiyasının Nərimanov rayonu ilə qardaşlaşmış Həştərxan şəhərində də aprelin 10-dan başlayaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Mayın 14-də keçiriləcək konfransda Nərimanov rayonunun nümayəndə heyəti də iştirak edəcəkdir.
Qeyd edək ki, Nərimanov rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramın əlaməti olaraq keçirilən qanvermə aksiyası artıq ənənə halını alıb. Hər il bu aksiyada yüzlərlə insan iştirak edir. Dünən keçirilən aksiyada 600 nəfərdən çox rayon sakini qan verib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video