20:33 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heydər Əliyevin başladığı və İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:58 13.07.2021

 

2006-cı  il  iyulun 13-də  tam sistem kimi istifadəyə verilən  BTC  digər qlobal layihələrə də yol açdı

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsindən 15 il keçir. Ötən dövr ərzində bu möhtəşəm kəmər ahəngdar şəkildə fəaliyyət göstərərək  Azərbaycan neftini dünya bazarlarına çatdırıb.

Hazırda BTC  əsasən Xəzərin  Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti və “Şahdəniz”dən hasil olunan kondensatı daşıyır. Bundan əlavə, kəmər  vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən müəyyən miqdarda  Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

Əslində, BTC-yə Bakı yaxınlığındakı  Səngəçal terminalından ilk  neft   2005-ci ilin  mayında vurulub. Neft Türkiyənin Ceyhan limanına bir il sonra - 2006-cı ilin mayında  çatıb.  BTC-nin  gətirdiyi neftlə yüklənmiş ilk tanker  dünya bazarına  iyun  ayında   yola salınıb.  Kəmərin  tam sistem kimi işə düşməsi münasibətilə  təntənəli  mərasim isə Ceyhan şəhərində  iyulun 13-də keçirilib. Tədbirdə  Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları, səhmdar şirkətlərin rəhbərləri, hörmətli qonaqlar iştirak ediblər. Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: “Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir”.

Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz artırılıb. Hazırda  BTC  hər gün 1,2 milyon barel neft  ötürmək  gücünə malikdir.

BTC Ko.-nun səhmdarları  bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), “Ekvinor” (8,71faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), “EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Operator olan bp-nin məlumatına görə, istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri ilə ümumilikdə təqribən 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edilib. Bu neft  Ceyhanda 4729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Cari ilin ilk üç  ayı  ərzində isə  Ceyhan terminalından 70 tanker yüklənib və yola salınıb. Bu gəmilərə  6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat yüklənib.

Beləliklə, BTC ona bəslənən ümidləri layiqincə doğruldur. Həm də illər keçdikcə bu kəmərin əhəmiyyəti  artır. Onun uğurlu fəaliyyəti Azərbaycanın yeni neft strategiyasının təntənəsi və həmin strategiyanın daha qlobal layihələrlə zənginləşməsinin təsdiqidir.

2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: “2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

Xatırladaq ki, BTC nəhəng kəmərdir.  Bu  boru  xətti Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir.  Kəmərin yerüstü obyektlər sisteminə 2 terminal, 8 nasos stansiyası, 101 siyirtmə məntəqəsi daxildir. BTC-nin baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Azərbaycandakı ikinci nasos stansiyası Yevlax rayonundadır. Kəmərin Gürcüstanda da iki stansiyası var. Qalan dörd stansiya Türkiyə ərazisindədir.

Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqəni də məhz BTC yaradıb.

BTC artıq 15 ildir təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirir. Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Başlıca şərtlərdən biri də kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş və  bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq gətirmədən işini davam etdirir. 

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM