19:54 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heydər Əliyev müstəqilliyimizi əbədi etdi

ANA SƏHİFƏ / SİYASƏT
00:59 15.06.2021

 

Azərbaycan xalqı azadlığı, müstəqilliyi naminə çox ağır sınaqlardan keçib. Bu sınaqlar, keçilən ağır və keşməkeşli yollar sübut etdi ki, qüdrətli və möhkəm dövlət olmadan müstəqillik də mümkün deyil. Bu baxımdan tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun tarixi bütün xalqımız üçün çox əzizdir. Bu tarixi yaradan isə müstəqilliyimizi əbədi edən, müasir Azərbaycan dövlətini quran, onu möhkəmləndirən və inkişaf yoluna çıxaran, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər Əliyevdir.

1993-cü ilin iyununda baş verənlər, hərbi qiyam, Gəncə hadisələri mövcud hakimiyyətin iqtidarda olduğu bir il ərzində idarəçilikdə buraxılan kobud səhvlərin, səbatsızlığın və bunun nəticəsində güclənən neqativ siyasi proseslərin nəticəsi idi. Müstəqilliyimizi yenicə qazandığımız, müharibə vəziyyətində olduğumuz dönəmdə tamamilə fərqli bir siyasət yürüdülməsi, xüsusən dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi üçün təxirəsalınmaz addımlar atmaq əvəzinə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü tamamilə fərqli yol tutmuşdu. Dövlətçilik anlayışı sanki onlara yad idi. Əslində milli xəyanət üzərində, Şuşa və Laçının işğalına səbəb olmaqla hakimiyyətə yiyələnmiş bir siyasi qrupdan dövlətin və xalqın xeyrinə nəsə gözləmək də sadəlövhlük olardı.

Proseslər, hadisələr bizi sürətlə müstəqilliyimizin itirilməsinə doğru aparırdı. Separatçılıq meyillərinin dərinləşməsi ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir vəziyyətdə bütün diqqətlərin Naxçıvana yönəlməsi və Heydər Əliyevin təkidlə Bakıya dəvət olunması müdrik və uzaqgörən ümumxalq qərarı oldu. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Odur ki, Naxçıvana Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi.

Həmin ağır və mürəkkəb dövrdə Ulu Öndərin Bakıya dəvət olunması, iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi tarixin gedişatını dəyişdi. Heydər Əliyevin yüksək idarəçiliyi sayəsində Azərbaycanda siyasi böhrana son qoyuldu, vətəndaş qarşıdurmasının qarşısı alındı, müstəqilliyimizin itirilməsinə, dövlətimizin parçalanmasına aparan neqativ proseslər bitdi.

Beləliklə, Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən böyük  xidmətlərindən biri odur ki, dahi şəxsiyyət mürəkkəb bir şəraitdə, o cümlədən respublikamız ətrafında dərin geopolitik ziddiyyətlərin mövcud olduğu bir dövrdə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Azərbaycanda dövlətçilik ənənələri möhkəmləndi.

Ötən 28 ildə Azərbaycan çox dəyişib, inkişaf edib, müstəqilliyini və dövlətçiliyini daha da möhkəmləndirib. Bu illərdə Azərbaycan dünya birliyində özünə layiqli yer tutub, regional və qlobal miqyasda söz sahibinə, Cənubi Qafqazın liderinə çevrilib. 1993-cü ilin iyununda, ölkəmizin parçalanmaq, müstəqilliyimizin itirilmək təhlükəsi yaşandığı ərəfədə biz bu günkü uğurlarımızın yaxın gələcəkdə olacağını təsəvvür belə edə bilməzdik. Amma bunlar baş verdi, çünki 1993-cü ilin ağrı-acılı iyun günlərində Azərbaycan xalqı ən doğru və müdrik seçimini edərək Ulu Öndər Heydər Əliyevə üz tutmuşdu.

Ötən il Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-siyasi Qələbə ilə xalqımız 1993-cü ilin Qurtuluşundan sonra növbəti şərəfli tarixini yazdı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, dövlətimizin etibarlı təməllərini yaratdı. Müzəffər Ali Baş Komandan  İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, dəmir yumruqla Ermənistanın işğal siyasətinə son qoydu.  Müstəqillik və dövlətçilik salnaməmizin mühüm səhifələri olan hadisələrin hər biri xalqımızın milli qürur mənbəyidir.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM