04:21 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yürüş keçirmişdir
ANA SƏHİFƏ / SİYASƏT
01:02 26.02.2012

 

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı izdihamlı yürüş  keçirmişdir.

Təmsilçilikdən AzərTAc-a bildirmişlər ki, fevralın 25-də  Bursanın mərkəzi meydanında keçirilən yürüşdə  Bursa sakinləri, azərbaycanlı tələbələr və şəhərin qonaqları iştirak etmişlər. Yürüş iştirakçıları əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları tutmuş, "Hamımız xocalılıyıq" şüarları səsləndirmişlər. Şəhərin qeyri-hökumət təşkilatları mərkəzi prospektlərdən birinə "Xocalı" adı verilməsi haqqında bələdiyyəyə müraciəti də dilə gətirmişlər. 

Bursa yürüşü Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin Atatürkün abidəsi önündə oxunan mətbuat açıqlaması ilə başa çatmışdır.

Bursa sakinləri meydanda qurulmuş və Xocalı soyqırımı dəhşətlərini əks etdirən stendlərlə də tanış olmuşlar. Tədbirdə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində imzalar da toplanmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM