Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 20-dən çox regionunda xeyriyyə aksiyaları keçirmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə birlikdə Moskvada və Rusiyanın 20-dən çox regionunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir.
Hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də öz ənənəsinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskvanın 2, 8, 11, 23 və 43 nömrəli uşaq evi-internat məktəblərinə, Rusiya Tibb Elmləri Akademiyasının Petrovski adına Elmi Cərrahiyyə Mərkəzinə, həmçinin "Yujnoye Butovo" əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzinə hədiyyələr göndərmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvanın bir neçə uşaq evinə gələrək Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə əsl bayram tədbirləri təşkil etmişlər. Qayğıya və diqqətə ehtiyacı olan uşaqlara Leyla xanım Əliyevanın Yeni il bayramı münasibətilə təbrikləri çatdırılmışdır. Şaxta babanın və Qar qızın iştirakı ilə maraqlı bayram proqramından sonra balacalara hədiyyələr təqdim olunmuşdur.
Hədiyyə zənbilinə Şərq şirniyyatı, meyvələr, kitablar, oyuncaqlar qoyulmuşdu. Hər bir uşaq evinə kompyuter, printer və digər hədiyyələr təqdim edilmişdir. Heydər Əliyev Fondu tərəfindən göndərilmiş şirniyyatlar da uşaqların sevincinə səbəb olmuşdur.
Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın digər regionlarında - Sankt-Peterburq, Yekaterinburq, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu aksiyalar fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Heydər Əliyev Fondunun nümayəndəliyi artıq dörd ildir Rusiyada xeyriyyə aksiyaları keçirir, valideyn himayəsindən məhrum uşaqları, xəstə körpələri sevindirir.
Fondun aksiyalarının keçirildiyi 2 və 43 nömrəli internat məktəblərinin direktorları Nadejda Xrikina və Qalina İvanova, habelə digər uşaq evlərinin rəhbərləri mənəvi dəstəyə ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Uşaqların sevinci isə bu tədbirlərin təşkilatçıları üçün ən böyük mükafatdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!