25 Dekabr 2011 03:12
400
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı «XXI əsrin salnaməsi» adlı sənədli film nümayiş olunmuşdur

 

Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı "XXI əsrin salnaməsi" adlı sənədli film dekabrın 24-də Azərbaycan Televiziyası ilə nümayiş olunmuşdur. 

AzərTAc xəbər verir ki, layihənin rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, ideya müəllifi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Sergey Şanoviçin rejissorluğu ilə çəkilmiş film Mehriban xanım Əliyevanın bu fikirləri ilə başlayır: "Nadir şəxsiyyətlər haqqında danışmaq xüsusən də onların doğma və əziz adamlarına çox çətindir. Adətən, insanlar haqlı olaraq deyirlər ki, görkəmli şəxsiyyətin əsl qiymətini zaman və tarix özü verəcəkdir. Lakin tarixi yaddaş üçün son dərəcə vacibdir ki, belə şəxsiyyətlər haqqında onları yaxşı tanıyan insanlar öz fikirlərini söyləsinlər, öz düşüncələrini paylaşsınlar. Məhz buna görə mən bu gün Azərbaycan Prezidenti İlham Əliyev haqqında bir neçə kəlmə söz söyləmək və onun ad gününü təbrik etmək istəyirəm".

Prezident İlham Əliyevin övladları, orta məktəb müəllimləri, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar dövlət başçısı haqqında fikirlərini söyləyir, ona xoş arzularını çatdırırlar.

Dövlət başçısının şərəfli həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu filmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanır. Filmdə Azərbaycan Prezidentinin ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində, xarici siyasətdəki mühüm xidmətlərindən bəhs olunur.

Dövlət başçısının portretini tamamlayan ştrixlərdən danışarkən ailə üzvləri onun yüksək intellekti, peşəkarlığı, əzmkarlığı, insana və insanlığın qələbəsinə inamını xüsusi qeyd edirlər.

Filmdə vurğulanır ki, Azərbaycan xalqının müdrikliyinə və istedadına inam Prezident İlham Əliyevin qəlbində hər zaman olub və olacaqdır. Elə buna görə də o, qarşısına qoyduğu hər bir məqsədə, arzuya çata bilmişdir.

Azərbaycanın zəngin sərvətlərini, qədim mədəniyyətini, təbii gözəlliklərini, milli adət-ənənələrini və müasir inkişafını əks etdirən kadrlar filmi daha maraqlı və məzmunlu etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video