14 Sentyabr 2021 00:21
957
Təhsil
A- A+

Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboyda daha bir məktəb binasının inşası yekunlaşır

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Goranboy şəhər 1 nömrəli tam orta məktəbi üçün inşa edilən yeni məktəb binasında son tamamlama işləri görülür.

700 şagirdlik yeni məktəb binasında 34 sinif otağı, kimya və biologiya laboratoriyaları, geniş idman, akt və yeməkxana zalları, müəllimlər otağı inşa edilmişdir. Məktəbdə həmçinin müasir istilik sistemi, 50 tonluq su anbarı, müəllimlər və şagirdlər üçün ayrıca sanitar qovşaqları da yaradılmışdır. Ümumiyyətlə, 3 mərtəbəli məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait olacaq.

Valideyn Səadət İsgəndərova deyir ki, uzun illər idi övladını məktəbə yola salanda nigaran qalırdı: “Məktəb qəzalı vəziyyətdə idi. Sağ olsun Mehriban xanım, onun köməyi ilə uşaqlarımız artıq hər bir şəraiti olan yeni təhsil ocağında oxuyacaqlar”.

Məktəbin 11-ci sinif şagirdi Fatmeyizəhra Aslanova isə öz sevincini belə ifadə etdi: “Yeni dərs ilinin başlanacağı günü səbirsizliklə gözləyirik. Əvvəlkindən fərqli olaraq indi geniş və işıqlı sinif otaqlarında dərs keçəcəyik. Söz yox ki, bizim bu şəraitə cavabımız daha yaxşı oxumaq olmalıdır”.

Rayon Təhsil şöbəsinin müdiri Seymur Nazarov deyir ki, Goranboyda daha bir məktəb binası inşa edilir: “Bu, Dəliməmmədli şəhərində tikilən 960 şagirdlik yeni məktəb binasıdır. Məktəbin ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. 3 mərtəbəli məktəb binasında sinif otaqlarından savayı 5 laboratoriya, idman zalı, eləcə də digər köməkçi otaqlar olacaq”.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video