31 Dekabr 2011 02:12
608
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etmişdir

 

Heydər Əliyev Fondu "Buta" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

Dekabrın 30-da fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti bayram şənliyində iştirak etmişlər.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərildi.

Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılandı. Şaxta baba və uşaqlar birlikdə yolkanın işıqlarını yandırdılar.

Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstərdilər, balacaların rəqs və səhnəcikləri maraqla müşayiət olundu. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq hissləri aydın sezilirdi.

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər.

Rəqqaslara qoşulan, al-əlvan yolka ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdirdilər.

Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA uşaqları bayram münasibətilə təbrik edərək dedi:

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər!

Mən bu bayram günü sizinlə olmaqdan çox şadam. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu Yeni il bayramında həmişə olduğu kimi, sizi görməyə çox şadam. Çox şadam ki, uşaqlar belə xoş əhval-ruhiyyədədirlər, sevinirlər, oynayırlar, oxuyurlar.

Başa çatan 2011-ci il ölkəmizin tarixində xüsusi yer tutacaqdır. Əziz uşaqlar, siz hamınız yəqin bilirsiniz ki, bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edib. Bu 20 il ərzində ölkəmiz çox böyük nailiyyətlər əldə edib. Ölkəmiz bütün sahələrdə inkişaf edir, yeni proqramlar icra olunur, şəhərlərimiz gözəlləşir, yeni yollar, körpülər, məktəblər, xəstəxanalar, idman mərkəzləri tikilir. Ölkəmizdə bütün sahələrdə böyük inkişaf gedir. Bunu hamımız görürük. Hamımız fəxr edirik ki, biz belə bir qüdrətli və gözəl ölkədə - Azərbaycanda yaşayırıq.

Əlbəttə, bütün bu işlərin məqsədi Azərbaycanı güclü, müstəqil, qüdrətli ölkəyə çevirməkdir. Həm də əsas məqsəd ondan ibarətdir ki, siz gələcəkdə belə ölkədə yaşayasınız. Çünki ölkəmizin inkişafını siz davam etdirəcəksiniz. Buna görə də siz bu gün, ilk növbədə, gözəl təhsil almalısınız. Çünki gələcək yalnız və yalnız təhsil, bilik, savad və ağılla bağlıdır. Mən bu bayram axşamı, əlbəttə, sizə ilk növbədə, cansağlığı arzulamaq istəyirəm. İstəyirəm ki, siz yaxşı oxuyasınız, savadlı, bilikli olasınız. İstəyirəm ki, siz sabah müstəqil Azərbaycanın qurucuları olasınız. Əlbəttə, bugünkü nailiyyətlər hamımızı sevindirir. Bu gün hamımız fəxr edirik ki, belə bir gözəl ölkədə yaşayırıq.

Yola saldığımız il bir neçə böyük qələbələrlə də yadda qalacaqdır. Bu gün biz son mahnıda yenə də "Eurovision-2011" müsabiqəsindəki  qələbəmizi xatırladıq. Yəqin ki, siz hamınız xatırlayırsınız, biz necə sevinirdik! Bizim iki gənc ifaçımız Azərbaycana bu qələbəni qazandırdı. Bütün Avropa bizə səs verdi. Bu, Azərbaycanın böyük qələbəsidir. Gələn il "Eurovision" mahnı müsabiqəsi ölkəmizdə keçiriləcək və mən əminəm ki, bu, gözəl bir bayrama çevriləcəkdir.

Bundan başqa, ölkənin həm ictimai, həm də siyasi həyatında digər nailiyyətlər də olub. Əlbəttə, bunlar hamısı ilk növbədə, gənclərimizin, uşaqlarımızın gələcəyinə yönəlmiş addımlardır.

Əziz uşaqlar, əziz valideynlər, hörmətli müəllimlər, ona görə bu gün mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı  münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə Yeni ildə, ilk növbədə, cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram! Çox sağ olun!

*  *  *

Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər.

Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun bayram sovqatı, Yeni ilin rəmzi olan oyuncaq əjdahalar hədiyyə olundu.

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi. Fondun Yeni il şənliklərində ümumilikdə 2 minə yaxın uşaq iştirak etmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə uşaqların təhlükəsizliyi üçün bütün tədbirlər görülmüş, onların "Buta" sarayına gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdır.     

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video