15:23 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həyat eleksiri

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:18 20.06.2021

 

Tərkibində 100-dən artıq vitamin olan səməni suyu qanı təzələyir, toksinləri təmizləyir, dişləri və immuniteti gücləndirir, ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Bu möcüzəvi su hətta xərçəngi belə sağaltmağa qadirdir.

Səməni suyu tərkibindəki zəngin qidalandırıcı maddələr sayəsində bədəni təbii enerji ilə təmin edir. Eyni zamanda zülalları əmələ gətirən amin turşuları üçün yaxşı mənbədir.

İmmun sistemini, bədəni bir çox mikrob və infeksiyalardan qoruyur. Eyni zamanda səməni suyu orqanizm hüceyrələrini yeniləyir, qaraciyəri toksinlərdən təmizləyir. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır.

Tərkibindəki A və C vitamini sayəsində qrip və soyuqdəymədən qoruyur, ciddi xəstəliklərə qarşı mübarizə aparır. Buğdada olan selen qalxanabənzər vəzilərinin işini qaydaya salır. Bu faydalı iksir qələvi və qidalandırıcı maddə baxımdan zəngin olduğundan pəhriz saxlayan insanlar üçün xüsusilə faydalıdır.

Kaliumla zəngin olan bu su iştahanı və yemək istəyini azaldır. Eyni zamanda metabolizmini sürətləndirir. Səhərlər acqarına bu sudan bir stəkan içsəniz, gün ərzində həddən artıq yemək istəyinin qarşısını ala bilərsiniz.

Tərkibindəki xlorofil sayəsində damar sərtliyinin və yüksək qan təzyiqinin müalicəsində mühüm rol oynayır. Bir çox fərqli xərçəng növləri ilə mübarizə aparır, qanda qələvilərin sayını artırır, bu da o deməkdir ki, qələvilər olduğu yerdə xərçəng hüceyrələrinin yaranması ehtimalından söhbət gedə bilməz.

Hazırlanma qaydası olduqca sadədir. Səməninin yaşıl hissəsi əvvəlcə mətbəx robotundan, daha sonra isə tənzifdən keçirilir və təzə halda içilir



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM