13:14 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hər daşı-qayası tarixi yadigarlar olan Laçın

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:59 12.06.2021

 

Dağlar diyarındakı tarixi, dini, mədəniyyət abidələri  30 il ərzində erməni vandalları tərəfindən məhv edildi

 

Ulu babalarımızın çox dəyərli yadigarları hesab edilən maddi-mədəniyyət nümunələri respublikamızın əksər ərazilərində yetərincə var. Ona görə də ölkəmizə səfər edən səyyahlar Azərbaycanın tarixini özündə əks etdirən qədim dini və mədəni abidələrə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.

Dağların zirvəsində əsrlərin “dizini qatlayan”, minilliklərdən soraq verən qalalar məskəni Laçının vəsfi şeirin, musiqinin ritminə köklənib. Amma son illər bəstələnən bir mahnı da var ki, Laçının təkcə təbiətini deyil, taleyini də ifadə edib. Doğma yurdundan uzaq düşüb xiffət çəkərək, sevilən mahnıları ilə xatirələrdə yaşayan Məhəbbət Kazımovun haraylı səsində “Laçınım... Laçınım... Laçınım mənim” təkcə bu rayonda doğulanları deyil, o yerlərin həsrətini çəkənləri də yandırıb-yaxırdı.

Laçın da, digər işğal edilmiş ərazilərimizdən biri kimi, düşmən məkrinin, çirkin siyasətin qurbanı olmuşdu. Bu ulu diyarın işğalının hər ildönümlərində o yurdlarda doğulmuşların qəlbindən qara qanların necə axmasını təsəvvür etmək o qədər də çətin deyildi. Yazın gəlişi ilə dağlar yaşıl donuna bürünüb aran ellərini yaylağa haraylayanda Şuşanın arxa-dayağı, söykənəcəyi olan Laçının  didərginlərinin qəlbindən qara qanlar axardı. Şükür, bu dərdə çarə olan Qələbə, Müzəffər Ordumuz və Ali Baş Komandanımız tərəfindən çalındı... Bu gün Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilir. Laçınlıların isə  üzügeri qayıdacaq köç karvanı yola düzülür.

Vaxtilə Soltan bəyin qarşısında baş əyən erməni qaçaq-quldurlarının törəmələri 28 il o yerləri taladı. Xalqımızın ümumi sərvəti olan dağlarımızın yağmalanması ilə dəyəri milyardlarla ölçülən təbii sərvətlərimiz daşnakların əlinə keçdi. Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın. Burada minilliklərin, əsrlərin yadigarı olan maddi mədəniyyət abidələri - mənəvi sərvətlərimiz var idi. Təəssüflər olsun ki, sözdə humanizmin təbliği ilə məşğul olan beynəlxalq təşkilatlar belə talanların qarşısını almaqda aciz göründü. Tarixin yaddaşı olan abidələr bu yerlərdə də saxtalaşdırıldı. Bir sözlə, Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal altında qalan maddi-mədəniyyət abidələrini qəddarlıqla məhv edirdilər.

1992-ci il may ayının 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarca qəsəbə, kənd və tarixi abidələrini dağıtdı. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin salındı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Rayonda 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qaldı. Şuşanın Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən geostrateji mövqeyə malik olan Laçını işğal etməsi ilə Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

Rayondakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da işğal altında qalmışdı. Laçının işğaldan azad edilməsindən sonra Azərbaycan Ordusu  Qaragölün də tarixi Azərbaycan torpaqları olması ilə bağlı sənədə əsasən öz mövqelərini möhkəmləndirdi.

 Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardı. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, dağkeçisi, çöldonuzu, ayı, turac, kəklik, qaratoyuq növləri olub.

Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayır. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan və digər kəndlərdəki tarixi abidələr (12 qoç, 28 at fiquru, 36 müxtəlif süjetli yazılar və rəsmlər, sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmzləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı) bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi.

Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı, rayon tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, Laçının işğalı nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildi. Bütün bunlar az imiş kimi, milli mədəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına erməniləşdirilir və  ermənipərəst qüvvələr isə buna göz yumurdular. Belə təcavüzə məruz qalan abidələrdən Laçının işğalından sonra saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsi, Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətindən çıxışında tikilmiş abidə - “Qala qapısı” (üzərində erməni xaçı) və s. dediklərimizə əyani sübutdur.

Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Bu yerlərdəki müqəddəs məkanlara gəlincə isə, Alı Xəlifə ocağı Laçının Böyük Seyidlər kəndində idi. Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdaba tikilmişdi. Laçının müqəddəs yerlərindən sayılan Böyük Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı da belələrindən idi. Bu kənddəki ziyarətgahların sırasına daxil olanlardan biri də “Güllü qəbir” piri  idi ki, orada Hacı İbrahim ağa dəfn edilmişdi. Məlumatlara əsasən, o, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xudabəndə Xəlifənin nəvəsi idi.

Ağoğlan qəsri Laçının Minkənd çayının kənarında, hündür bir yerdədir. Cicimlidə məbəd, qədim anbar, Güləbirddəki Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, 1-ci və 2-ci Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə və Piçənisdəki alban məbədləri, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin türbələri, Şeyx Şamillə dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl bəyin türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralının arxitekturalı və Minkənd körpüləri kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darmadağın edilib.

Kəndlərdə əsrlərin və qərinələrin yaşıdı abidələr, dağlardakı qalalar uzun illər yadellilərin hücumlarından qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə aldı, daş-divarlarındakı yaddaş tarixləri silinərək dünyaya “qədim erməni xalqının yazılı abidələri” kimi təqdim edildi.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM