22:42 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həmidə Məmmədquluzadənin ev-muzeyində akademik İsa Həbibbəyli ilə görüş keçirilib
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
20:21 20.09.2021

 

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ağcabədi rayonunun Kəhrizli kəndində görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin sadiq silahdaşı və tale ortağı Həmidə Məmmədquluzadənin ev-muzeyində olub, muzeyin kollektivi və kənd sakinləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd edilib ki, tanınmış Azərbaycan ziyalısı Həmidə Məmmədquluzadənin ev-muzeyi onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bu bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib, 2005-ci ildən Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin ev-muzeyinə çevrilib. Direktor Zeynəb Quliyevanın bu mədəniyyət ocağının tarixi, inkişaf yolu və müasir imkanları haqqında verdiyi məlumatlar ev-muzeyinin fondu və ekspozisiyasına dair dolğun təsəvvür yaradıb.

Muzeydə Həmidə xanımın atası, dövrünün tanınmış tarixi şəxslərindən olan Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları nümayiş etdirilir, əlyazmaları qorunub saxlanılır.

Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığına, ailə üzvlərinə dair kitablar, fotolar, məktublar, xatirə əşyaları muzeyin əsas eksponatları sırasında xüsusi yer tutur.

Muzeydə Həmidə xanım Məmmədquluzadə ilə əlaqəli çoxsaylı şəkillər, məktublar, xatirə əşyaları və nadir əl işləri nümayiş etdirilir. Burada, həmçinin Kəhrizli kəndinin tarixinə və yetirmələrinə dair materiallar var. Həmidə xanıma aid bir çox xatirə əşyaları, xüsusən zövqlə toxunmuş əl işləri Kəhrizli muzeyinin nadir eksponatlarındandır.

Akademik İsa Həbibbəyli muzeyin əməkdaşları, rayonun mədəniyyət işçiləri və kənd camaatı qarşısında Cəlil Məmmədquluzadə və Həmidə xanım Məmmədquluzadə münasibətləri, onların övladları, nəslin davamının sonrakı taleyi ilə əlaqədar məruzə ilə çıxış edib, suallara cavab verib. Sonra Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla birlikdə muzeydəki xatirə otaqları və eksponatlarla tanış olub, bəzi tövsiyələrini və arzularını bildirib, muzeyin rəy kitabına aldığı təəssüratlar əsasında özünün müsbət fikirlərini yazıb.

Qalib Həsənov ev-muzeyinin rolu, əhəmiyyəti və perspektiv imkanları haqqında danışıb və görüləcək işləri nəzərə çatdırıb.

İsa Həbibbəyli son illərdə Cəlil Məmmədquluzadə və müasirləri haqqında çap olunmuş kitabları ev-muzeyinə hədiyyə edib.

Sonra akademik İsa Həbibbəyli Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və Kəhrizli kənd bələdiyyəsinin sədri Rayis Məhərrəmov ilə birlikdə Kəhrizli qəbiristanlığına gedərək, orada Əhməd bəy Cavanşirin və Cəlil Məmmədquluzadənin qardaşı, Səttarxan və Xiyabani hərəkatının fəal iştirakçısı Ələkbər Məmmədquluzadənin (1872-1922) və digər şəxslərin məzarlarını ziyarət ediblər. Tanınmış şəxsiyyətlərin məzarlarının olduğu Kəhrizli qəbiristanlığının daha da abadlaşdırılması ətrafında söhbətlər aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM