22:11 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həkim məntəqəsi də yenidən quruldu
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
00:26 03.04.2019


Bizim Qədimqala kəndi Şəmkirin böyük yaşayış məntəqələrindəndir. Son illər rayonun digər kəndləri kimi burada da infrastruktur xeyli yenilənmişdir. Kəndə yeni yol çəkilmiş, poçt və ATS binaları tikilmiş, su və qaz xətlərində yenidənqurma işləri görülmüşdür. Bu yaxınlarda isə həkim məntəqəsi əsaslı şəkildə təmir edilərək istifadəyə verilmişdir. Burada yaradılmış şəraitdən sonra sakinlər hər dəfə rayon xəstəxanasına getmirlər. Məntəqədə çalışan tibbi heyət də təcrübəlidir. Onlar əhalinin sağlamlığının qorunması üçün əllərindən gələni edirlər.

Bizə bu şəraiti yaradanlara, bu işdə əməyi olan hər bir kəsə minnətdarlığımızı bildiririk.

Vəli İBRAHİMOV,

Şəmkir rayonu, Qədimqala kəndinin sakini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM