13 Fevral 2021 00:28
1073
Səhiyyə
A- A+

Həkim-epidemioloq: “COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur”

 

“Ölkəmizdə yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiyaya start verilib. Əvvəlcə səhiyyə işçiləri vaksinasiyaya cəlb olunublar. Mən də koronavirus əleyhinə peyvənd olundum. Həm məndə, həm də digər həmkarlarımda heç bir yan təsir müşahidə olunmadı. İkinci doza 28 gündən sonra, yəni gələn həftədən etibarən vurulacaq”.

AZƏRTAC xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-epidemioloqu Bənövşə Abdullayeva deyib.

O bildirib ki, bəzi vətəndaşlar peyvənd olunmaqdan çəkinirlər. Buna səbəb kimi əziyyət çəkdikləri xəstəliklərin vaksin vurdurduqdan sonra aktivləşməsindən, ya da peyvənddən sonra hansısa fəsadlaşmaların baş verəcəyindən qorxduqlarını dilə gətirirlər. Çünki bəzi sosial şəbəkələrdə peyvəndin ciddi əks-təsirlər yaratması, onun ziyanlı olması haqqında dezinformasiyalar yayılıb: “Vətəndaşlar bilməlidirlər ki, vaksinasiya prosesi hər zaman bəzi infeksion, o cümlədən digər yoluxucu xəstəliklərin qarşısını almaqda xüsusi rola malik olub. Belə ki, uşaq yaşlarından suçiçəyi, qızılca, məxmərək kimi xəstəliklərə qarşı peyvənd olunmaqla onlardan qorunuruq. COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur. Həmin vaksinin vurulması qaydaları var və hər kəs peyvənd olunmur. Peyvənd vurulması üçün həkim müayinəsi və göstərişi vacibdir. Xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar, onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı allergiyası olanlar, hamilələr, südvermə prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar. Vaksinin inyeksiya yerində qızartı, ağrı olması, baş ağrısı, yorğunluq, halsızlıq, yüngül temperatur kimi yan təsirləri ola bilər. Ciddi yan təsirlərə də çox nadir hallarda rast gəlinir. Ölkəmizdə üç həftədən çoxdur vaksinasiya aparılır. Bu müddət ərzində ciddi yan təsirlər qeydə alınmayıb.

Digər bir tərəfdən, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq pandemiya bitənədək maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir. Xatırlatmaq istərdim ki, peyvəndin ikinci dozası birincidən 21-28 gün sonra vurulur. Qanda antitellər isə ilk dozadan təxminən bir ay sonra yaranır. Vaksin vurulandan sonra xəstəliyə yoluxma ehtimalı az da olsa var. Bu zaman xəstəlik ağırlaşma olmadan yüngül keçirilir. Peyvənddən sonra yaranan qoruyuculuq individual olsa da, əmələ gələn immunitetin 6 aya qədər qaldığı deyilir. Pandemiyanın aramızdan getməsi üçün əhalinin 60-70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Hər kəsi qorxub-çəkinmədən vaksinasiya prosesində aktiv olmağa səsləyirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video