24 Oktyabr 2021 00:05
1066
CƏMİYYƏT
A- A+

Heç vaxt düşünməyin və deməyin ki, siz yaşlanırsınız

 

Bolqar professor, genetik Uilyam Memerski əmin edir ki, insan xəstəliklərinin yaranmasının 66 faizi seçdiyi qidalardan asılıdır. Professor qətiyyətlə bildirir ki, qocalıq təbii proses deyil, xəstəlikdir və biz özümüz qeyri-sağlam qida vərdişlərimizlə onu sürətləndiririk: “Dünyada insanların 70 faizi məhz düzgün qidalanmadığı üçün ölür. Bəşəriyyətin bəlası olan podaqra, insult, infarkt, diabet, xərçəngin müxtəlif növləri kimi xəstəliklərin yaranma səbəbi yediyimiz zərərli məhsullardan yaranır”.

U.Mermerski bildirir ki, sadə qidalanma qaydalarına əməl etməklə dəri və orqanları gənc saxlamaq mümkündür: “Başlıcası ifrata varmaq olmaz. Tərəvəz, meyvə, qatıq, süd, şərab yaşlanmanı gecikdirir. Lakin şərab təbii olmalı və az istifadə edilməlidir. Məsələn, Fransada əti qırmızı şərabla yumşaltmaq ənənəsi var. Bunun sayəsində fransızlar daha sağlam və gümrah olurlar. Quru südlə mayalanmış qatığın heç bir müalicəvi effekti yoxdur. Təbii qatıq daha yaxşı həzm olunan qidadır. O, mədə və yoğun bağırsaq xərçəngi xəstəliyinin qarşısını alır, osteoporozun inkişafını dayandırır”.

Məşhur professor özünün uzunömürlülük reseptini də təqdim edir:

- çox kalorili məhsullar yeməyin;

- hər gün bir alma yeyin;

- su və bitki çayları için;

- aktiv və hərəkətli olun;

- hər gün duş qəbul edin;

- sərin otaqda yatın;

- istirahət günlərində piyada gəzin və velosiped sürün;

- özünüzü sizi sevən dostlarla əhatə edin, çoxlu gülün;

- heç vaxt düşünməyin və deməyin ki, siz yaşlanırsınız.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video