04 Oktyabr 2011 12:10
367
İQTİSADİYYAT
A- A+

«Hazırda Azərbaycan ildə 20 milyon ton Qazaxıstan neftinin tranzitini təmin edə bilər»

 

AzərTAc xəbər verir ki, bunu jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Transxəzər" neft kəməri layihəsinə toxunan nazir qeyd edib ki, kəmərin inşası nəticəsində Avropa və Asiya arasında yeni neft dəhlizi yaranacaq. Hələ ki, Qazaxıstanın böyük ehtiyatlara malik "Kaşaqan" neft yatağının işə salınması ilə bağlı müəyyən problemlər var. Yataq işə salınandan sonra Qazaxıstan öz neftini nəinki Rusiya ərazisi ilə, həmçinin Qara dəniz vasitəsilə Ukraynaya çatdırmaq və Odessa-Brodı kəməri ilə Polşayadək, buradan da Baltik dənizi ilə digər Avropa ölkələrinə nəql etməkdə maraqlıdır.

Odessa-Brodı-Plotsk-Qdansk marşrutu ilə neft kəmərinin inşası layihəsi üzrə Azərbaycan, Polşa, Ukrayna, Gürcüstan və Litvanın birgə "Sarmatiya" şirkətini yaratdıqlarını deyən nazir diqqətə çatdırıb ki, artıq layihənin texniki-iqtisadi əsaslandırılması hazırdır və Avropa İttifaqının müvafiq komissiyasına təqdim olunub.

Öz növbəsində, Polşa və Ukrayna ərazisində müəyyən işlər görülməlidir, amma maliyyə vəsaitinin olmaması bu işləri ləngidir. Hazırda Polşa və Ukrayna Avropa İttifaqı ilə birlikdə Odessa-Brodı neft kəmərinin yenidən qurulması üçün maliyyə vəsaitinin ayrılması məsələsini müzakirə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video