01 Yanvar 2012 01:01
291
CƏMİYYƏT
A- A+

Hava Nəqliyyatında Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir

 

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günündə və Yeni il bayramı ərəfəsində Hava Nəqliyyatında Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov iştirak etmişlər. Daxili işlər naziri Ramil Usubov və Cahangir Əsgərov açılışı bildirən lenti kəsmiş və bina ilə yaxından tanış olmuşlar.

Bildirilmişdir ki, ümumi sahəsi 2200 kvadratmetr olan, tikintisinə cari ilin aprelində başlanmış üçmərtəbəli inzibati bina ən müasir standartlara uyğun tikilmiş, bütün zəruri avadanlıq, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilmiş, xüsusi təyinatlı mebel və inventarla təmin olunmuşdur. Yeni tikilidə növbətçi hissə və 33 xidməti otaq yaradılmış, ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmiş, su anbarı, nasosxana, transformator məntəqəsi və digər mühəndis qurğuları inşa edilmişdir. Binanın fasadında gecə işıqlandırılması sistemi quraşdırılmışdır.

Ramil Usubov və Cahangir Əsgərov növbətçi hissəyə, xidməti otaqlara, brifinq və akt zallarına baxmış, ümummilli lider Heydər Əliyevin  və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına diqqət və qayğısını əks etdirən fotostendlə tanış olmuşlar.

Onlar qısa zaman kəsiyində görülən işləri yüksək qiymətləndirmiş, idarə əməkdaşlarının normal fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradılmasından məmnunluqlarını ifadə etmişlər.

Xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, insan hüquq və azadlıqlarının təminində rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqla təchizatına, yeni inzibati binaların istifadəyə verilməsinə xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi ən müasir tələblərə cavab verən texniki və xüsusi  vasitələrlə təmin olunmuş, onun əməkdaşlarının və hərbi qulluqçularının iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar isə şəxsi heyəti daha yaxşı işləməyə ruhlandırır.

Daxili işlər naziri Ramil Usubov müvafiq tapşırıq və tövsiyələrini vermiş və əmin olduğunu bildirmişdir ki, Hava Nəqliyyatında Polis İdarəsinin şəxsi heyəti göstərilən yüksək diqqət və qayğıya beynəlxalq hava limanında təhlükəsizliyin, ictimai qaydanın daha etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində nümunəvi xidməti ilə cavab verəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video