20 Oktyabr 2021 00:30
1034
İQTİSADİYYAT
A- A+

“Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimatı olub

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov çıxış ediblər.

Qeyd olunub ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla Azərbaycan Respublikası hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləyib, 2003-cü ildə “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşulub, 2005-ci ildə dünyada ilk dəfə şəffaflıq təşəbbüsü üzrə hesabatı açıqlayıb. Hasilat sənayesində şəffaflığın təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilib, Azərbaycan Respublikası BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb. Bununla yanaşı vurğulanıb ki, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır. Bununla əlaqədar “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 iyul tarixli fərmanı ilə hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığı və bu sahədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq üzrə hesabatların davamlı toplanmasını və toplanmış hesabatlar əsasında statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək Dövlət Statistika Komitəsinə həvalə edilib.

Daha sonra Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov hasilat sənayesində şəffaflıq üzrə hesabatların toplanması və ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər barədə iştirakçılara məlumat verib. Bildirilib ki, ilkin mərhələdə hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq komitə tərəfindən təsdiq edilib, növbəti mərhələdə isə aidiyyəti dövlət orqanlarından və hasilat sənayesi ilə məşğul olan müəssisələrdən göstəricilər sistemi əsasında məlumatlar toplanıb. Toplanmış məlumatların müasir texnoloji vasitələrlə istifadəçilərə çatdırılması məqsədilə “Hasilat Sənayesində Şəffaflıq” portalı   hazırlanıb. Vurğulanıb ki, portal hasilat sənayesi sahəsində statistik məlumatların ictimaiyyətə, o cümlədən dövlət qurumlarına, özəl sektor, elm və təhsil müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə, regional və beynəlxalq təşkilatlara çatdırılması üçün əlverişli informasiya mühiti yaratmaqla virtual körpü rolunu oynayacaq.

Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə portalın təqdimatını həyata keçirib.

Mərasimin sonunda tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video