04 Fevral 2019 16:53
1667
Səhiyyə
A- A+

Hansı peyvənd nə vaxt vurulmalıdır?


Hər hansı bir xəstəliyin qarşısının alınmasında peyvənddən istifadə edilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın AZƏRTAC-a verdiyi məlumata görə, hazırda ölkəmizdə 11 infeksiyaya qarşı peyvəndləmə işləri aparılır: "Körpə ilk üç peyvəndi doğum evində alır. Doğulduğu ilk 12 saat ərzində körpəyə hepatit B əleyhinə peyvənd aparılır. Dördüncü-yeddinci gün arası həm vərəm əleyhinə, həm də poliomielit əleyhinə peyvənd vurulur. Uşaq evə yazılandan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və onun sonrakı peyvəndləri həmin tibb müəssisəsi tərəfindən aparılır. Uşaqlara iki aylığında poliomielit əleyhinə vaksin, pentavaksin (difteriya, tetanus, göyöskürək, hemofil infeksiyası, hepatit B əleyhinə) və pnevmokok infeksiyasına qarşı peyvənd aparılır. Körpənin 3, 4 və 6 aylığında peyvəndlər təqvimə uyğun olaraq davam etdirilir. 1 yaşında uşaqlara qızılca, məxmərək və parotitə qarşı peyvənd vurulur. Uşağın 18 aylığında difteriya, göyöskürək, tetanus əleyhinə (GDT) və oral poliomielit (OPV) vaksinləri ilə revaksinasiya, 6 yaşında isə difteriya, tetanus əleyhinə (DT) və qızılca, məxmərək və parotitə qarşı peyvənd edilir”.

Onun dediyinə görə, peyvəndlər arası interval ən azı bir ay olmalıdır.

Təəssüf ki, bir çox valideynlər peyvənd aparılmasının əks təsirindən ehtiyat edirlər. Direktor müavini bununla əlaqədar olaraq deyib: "Vaksin fəsad vermir, lakin peyvənd ediləndən sonra yanaşı təsirlər ola bilər. Peyvənd vurulandan sonra uşağın temperaturu 38-38,5-ə qədər yüksələ bilər, bəzən müəyyən ağrı, şişkinlik və qızartı ola bilər, lakin belə təsirlərdən çəkinməyə dəyməz”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video