06:37 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hacıqabulda “Agro Dairy” MMC-nin aqroparkının təqdimatı olub  YENİLƏNİB
ANA SƏHİFƏ / SƏFƏRLƏR
19:35 20.04.2021

 

Aprelin 20-də Hacıqabul rayonunda “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqroparkının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qeyd edək ki, kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişafı dövlətimizin başçısının aqrar siyasətinin mərkəzində duran məsələlərdən biridir. Aqroparkların yaradılması və fəaliyyəti məhz bu prinsiplərlə həyata keçirilir.

Prezident İlham Əliyevə məlumat verildi ki, “Agro Dairy” MMC regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etmək məqsədilə layihələr həyata keçirir. Onlardan Samux rayonunun Qaraağaclı kəndi ərazisində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7000 hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5000 hektar olan sahələrdə intensiv bitkiçilik təsərrüfatı yaradılıb, yeni ərazilər əkin dövriyyəsinə cəlb edilib.

“Agro Dairy” MMC-nin nümayəndəsi: Sizin tapşırığınıza əsasən keçən ildən Samuxda biz təcrübəmizi digərləri ilə bölüşürük.

Prezident İlham Əliyev: Bəli, mən demişdim ki, bu təcrübəni başqa təsərrüfatlara da ötürün. Edirsiniz onu?

“Agro Dairy” MMC-nin nümayəndəsi: Bəli, cənab Prezident, edirik. Keçən ilin oktyabrında biz Hacıqabulda təlim mərkəzi tikdik və payız əkinindən əvvəl fermerləri dəvət etdik, özümüz onları gətirdik və onlara təlim keçdik. Hazırda yazlıq əkinlərinin başlanması ilə əlaqədar biz təlimləri yenidən təşkil etmişik.

“Agro Dairy” MMC-nin Aqronomlar Şurasının rəhbəri Kristof Hartiq işğaldan azad edilmiş Ağdam və Füzulidə olduqlarını bildirdi, bu rayonların torpağının münbit olduğunu qeyd etdi. Dedi ki, lakin ermənilər torpağı pis vəziyyətə salıblar. Orada torpağın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən işlər görülməlidir.

Qeyd edək ki, aqroparkda növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə ildə iki dəfə yüksək keyfiyyətli məhsul almaq mümkün olur. İqtisadiyyat Nazirliyi tərəfindən “Agro Dairy” MMC-yə taxıl və yem bitkilərinin istehsalı layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Bu sənədlə MMC 23,4 milyon manat məbləğində ƏDV-dən və gömrük rüsumlarından azad edilib.

Müəssisə, həmçinin toxumçuluqla məşğul olur və bu sahədə fəaliyyətini “seleksiyaçı-toxumçu-əmtəəlik məhsul istehsalçısı” prinsipinə əsaslanaraq həyata keçirir. Toxum emalında yeniliklərə gəldikdə isə, “Plug & Play” texnologiyasının ölkəmizdə tətbiqinə başlayıb. Layihələrin uğurlu icrası ilə toxum idxalından asılılığının azalacağı gözlənilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM