06 Yanvar 2012 12:01
274
CƏMİYYƏT
A- A+

Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyindəki körpü müvəqqəti olaraq bağlanır

 

Kür çayı üzərində, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən körpü yanvarın 6-da saat 12.00-dan etibarən bağlanacaqdır.

Nəqliyyat Nazirliyindən AzərTAc-a bildirmişlər ki, ötən əsrin 60-cı illərinin əvvəllərində istifadəyə verilmiş bu körpü bir neçə dəfə uçmaq təhlükəsi ilə üzləşmişdir. Son vaxtlar avtomobillərin intensiv hərəkəti və iritonnajlı avtonəqliyyat vasitələrinin ardıcıl və dinamik zərbələri körpünü qəzalı vəziyyətə gətirmiş, bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaranmışdır. Bunu nəzərə alaraq, Nəqliyyat Nazirliyi həmin istiqamətdə avtomobillərin hərəkətinin yanvarın 6-sı saat 12.00-dan etibarən tamamilə dayandırılmasına qərar vermişdir. Körpünün müasir tələblərə uyğun və istismara yararlı vəziyyətə gətirilməsi üçün ərazidə 40 gün müddətində əsaslı təmir-tikinti işləri aparılacaqdır.

Həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərindən və ümumiyyətlə, vətəndaşlardan xahiş olunur  ki, alternativ yol kimi Salyan-Noxudlu, Sabirabad-Padar və digər yollardan istifadə etsinlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video