12 Iyul 2021 17:18
719
DÜNYA
A- A+

Gürcüstanda teleoperatorun ölümündən sonra vəziyyət gərginləşmişdir

 

Gürcüstanda növbəti – yerli seçkilərə 3 ay qaldığı bir vaxtda vəziyyət yenidən gərginləşmişdir. 
Dünən “TV Pirveli”, “Formula”, “Mtavari arxi” telekanalları ali qanunuvericilik orqanı binası qarşısında mitinq təşkil etmişlər. Bundan sonra hökumətin istefasını tələb edən müxalifət KİV-in nümayəndələri deputatlarla görüşmək üçün parlament binasına soxulmuşlar. Bu barədə yerli “Sputnik Qruziya” saytı xəbər verir. 
Bundan bir neçə dəqiqə əvvəl isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefaya getməyəcəyini bildirmişdir. O, paytaxtda keçirilən aksiyaları “antidövlət, antikilsə və antimilli hərəkətlər” adlandırmışdır.
Ölkədə yenidən gərginləşmənin səbəbi “TV Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ölümü olmuşdur. O, iyulun 5-də Tbilisidə “Ləyaqət marşı”nın əleyhdarlarının aksiyasında çəkiliş apararkən vəhşicəsinə döyülmüş və srağagün evində vəfat etmişdir. 
Ümumilikdə həmin gün 50-dən çox jurnalist xəsarət almışdır. Jurnalistlərə qarşı zorakılıq faktı üzrə 20 nəfər saxlanmışdır. KİV nümayəndələri bəyan edirlər ki, hökumət iğtişaşlar zamanı öz vətəndaşlarını qoruya bilmədiyi üçün məsuliyyət daşımalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video