15 Mart 2021 15:26
603
DÜNYA
A- A+

Gürcüstanda insan alveri ilə məşğul olan ermənilər yaxalanıblar

 

Gürcüstanda insan alveri ilə məşğul olan iki erməni - ata və oğul saxlanılıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib.

Həmin şəxslərin Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Ninotsminda şəhərində yaşadıqları bildirilir.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər 2015-2016-ci illərdə Ermənistan vətəndaşı olan üç şəxsə Gürcüstanda işləmək üçün vədlər veriblər. Ata-oğul onlara sənədlərinin toplanmasında və həmin şəxslərin Gürcüstana gətirilməsinə dəstək olublar.

Ermənistan vətəndaşları kəndlərin birində mal-qara fermasına gətirilib və onlar hədə-qorxu altında işləməyə məcbur edilib. Həmin şəxslərin pasportları əllərindən alınıb və bir neçə il ərzində onlara zəhmət haqqı ödənilməyib. Bundan başqa, onların sərbəst hərəkətinə məhdudiyyətlər qoyulub və videokameralar vasitəsilə izləniblər.

Cinayətin üstü təsadüf nəticəsində açılıb. Belə ki, Ermənistan vətəndaşlarından biri fermadan qaçmağa müvəffəq olub və o, Gürcüstan dövlət sərhədini qanunsuz keçərək Ermənistana daxil olmağa cəhd edib. Nəticədə o, sərhəd polisi tərəfindən saxlanılıb.

Qrup halında insan alveri ilə məşğul olmaqda təqsirləndirilən erməni ata və oğlu barəsində cinayət işi başlanıb, istintaq aparılır. Onları 12 ildən 15 ilədək həbs gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video