13 Avqust 2021 18:01
925
DÜNYA
A- A+

Gürcüstanda COVID-19-a görə ciddi məhdudiyyətlər tətbiq olunur

 

Gürcüstan hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq olunacağını elan etmişdir. Belə ki, üç həftə ərzində nəqliyyat işləməyəcək, kafe və restoranların iş saatı azaldılacaq, festivallar qadağan olunacaq.

Operativ qərargahın başçısı Georgi Gibradzenin verdiyi məlumatda bildirilir ki, qadağalar avqustun 14-dən sentyabrın 4-dək qüvvədə olacaq. Qadağa şəhərlərarası nəqliyyata şamil olunmayacaq. Gibradzenin dediyinə görə, göstərilən müddətdə kütləvi tədbirlər, konsertlər və beynəlxalq turnirlər istisna olmaqla idman yarışları keçirilməyəcək. Uşaq əyləncə mərkəzlərinin işi məhdudlaşdırılacaq. İaşə obyektləri saat 23:00-dək işləyəcək. Dövlət idarələrinə və özəl şirkətlərə əməkdaşlarını məsafədən fəaliyyət rejiminə keçirmək tapşırılmışdır. Qadağanı pozanlar 10 min lari məbləğində cərimə ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video