13:02 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gürcüstan telekanallarında «İlham Əliyev və Gürcüstan» sənədli filmi nümayiş etdirilmişdir
ANA SƏHİFƏ / SİYASƏT
03:12 25.12.2011

 

Dekabrın 23-də Gürcüstanın "Rustavi-4" və İctimai Televiziyasının 2-ci kanalları ilə "İlham Əliyev və Gürcüstan" sənədli filmi nümayiş etdirilmişdir.

Prezident İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş filmdə dövlət başçısının həyat və fəaliyyətindən geniş bəhs edilir. Ekran əsərində gürcüstanlı siyasətçilərin ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısının varisliyə sədaqəti, bölgədə liderliyi, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması istiqamətində yürütdüyü tarazlı siyasət və s. haqqında fikirləri öz əksini tapmışdır.

Film Gürcüstanın "ART- paralel" kinostudiyasında ərsəyə gətirilmişdir. Yeni ekran əsərinin rejissorları Georgi Taradze və Tengiz Txilava, ideya  və ssenari müəllifi Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğludur.

 "ART-paralel" kinostudiyasının yaradıcı heyəti tərəfindən indiyədək Azərbaycan-Gürcüstan dostluğunun tərənnümünə həsr olunmuş "Heydər Əliyev və Gürcüstan", "Dənizdən dənizə", "Dostluğun etalonu", "İrsiyyət fondu", "Buradan gələcəyə" və digər filmlər ekranlaşdırılmışdır.

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Tbilsi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM