10 Yanvar 2012 12:01
301
DÜNYA
A- A+

Gürcü dənizçiləri girovluqdan azad edildilər

 

Somali piratlarının girov saxladıqları "Olib" gəmisinin heyəti azad edilmişdir. Azadlığa çıxmış dənizçilərin 15-i Gürcüstan, 3-ü Türkiyə vətəndaşıdır. Hazırda onlar Gürcüstan hakimiyyət orqanlarının nəzarət etdiyi gəmidədirlər. Gəmi Kenyanın təhlükəsiz limanlarından birinə doğru istiqamət götürmüşdür. Formal immiqrasiya prosedurları başa çatdıqdan sonra dənizçilər vətənə qayıda biləcəklər.

Dənizçilərin azadlığa buraxılmasına dair danışıqları yüksək vəzifəli gürcü məmurları aparmış və bütün proses ölkə Prezidentinin birbaşa nəzarəti altında olmuşdur. Quldurların gürcü tərəfindən pul alıb-almamaları barədə məlumat verilmir.

Piratlar Yunanıstan şirkətinə məxsus olan və Malta bayrağı altında üzən "Olib" gəmisini ötən il sentyabrın 8-də Ədən körfəzində ələ keçirmişdilər. Quldurlar əvvəlcə 15 milyon dollar pul tələb edirdilər. Sonralar məbləğ 9 milyon dollara endirilmişdi. Gəminin sahibi piratlara pul əvəzinə gəminin özünü təklif etmişdi, amma onlar belə bir sövdələşməyə getməkdən boyun qaçırmışdılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video