29 Dekabr 2011 01:12
370
İQTİSADİYYAT
A- A+

«Günəşli» yatağında quyular əsaslı təmir olunub

 

Məhsuldarlığı ilə fərqlənən "Günəşli" yatağı ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malikdir.

Burada yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fonddakı quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Yatağın işlənməsini həyata keçirən "28 May" Neft və Qazçıxarma İdarəsində bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə yataqdakı 8-ci özüldən 142 nömrəli, 10-cu özüldən 61 nömrəli quyular aparılmış texniki-geoloji tədbirlərdən sonra istismara verilib. 142 nömrəli quyu sutkada 65 ton neft, 61 nömrəli quyu isə sutkada 10 ton neft və 110 min kubmetr qaz hasilatı ilə işləyir.

Təmir işləri "28 May" NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video