13:44 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Günəbaxandan ilk yağı rus kəndlisi hazırlayıb

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:34 22.08.2021

 

Bu gün insanların ən çoxistifadə etdiyi yağlardan olan günəbaxan yağı ilk dəfə rus kəndlisi Daniil Semyonoviç Bokarev tərəfindən hazırlanıb. 130 il əvvəl isə  Rusiyada günəbaxan yağı istehsal edən ilk zavod tikilib.

Rusiya günəbaxan yağının sənayeləşməsinin əsas səbəbkarı hesab edilir. 1830 -cu ildə Rusiyada ticarət məqsədi ilə istehsal olunmağa başlayan günəbaxan yağı Şərqi Avropa ölkələrində də insanların istifadə etdiyi yağlardan biridir. Günəbaxan daha sonra Kanadada geniş istifadə olunub. Bu yağın Kanadada yayılmasının əsas səbəbkarları həmin ölkəyə yaşamaq üçün köçən rus kəndliləri olub.

Günəbaxan əvvəl yağ əldə etmək üçün deyil, yalnız bəzək bitkisi kimi becərilib. Zaman keçdikcə insanlar günəbaxanın əsas sərvətinin onun toxumlarında gizlənmiş yağ olduğunu üzə çıxardılar. Günəbaxan yağının istehsalında yenilik edən Rusiyanın özünə bu bitki XVIII əsrin əvvəlində gəlib çıxıb. Ehtimal edilir ki, çar I Pyotr Hollandiyada günəbaxanı görür, onu çox bəyənir və bitkinin toxumlarını gətirib Peterburqda əkməyi əmr edir. Beləliklə, bu bitki Rusiyada genişlənməyə başlayır.

Rus akademiki Vasili Mixayloviç Severgin XVIII əsrin sonunda yazırdı ki, tutuquşular üçün əla qida olan günəbaxan toxumlarından yağ almaq və qəhvə hazırlamaq olar. XIX əsrdə rus kəndlisi günəbaxan tumundan ilk dəfə yağ hazırladıqdan sonra bu bitkidən yağın istehsalı təcrübəsi getdikcə genişləndi və günəbaxan ölkədə ən başlıca yağ verən bitkiyə çevrildi.

Dünyanın bütün günəbaxan əkinlərinin, demək olar ki,  dörddə üç hissəsi MDB ölkələrinin payına düşür. Əvvəllər günəbaxan toxumlarında orta hesabla 30 faiz yağ olurdu, indi isə onun 50 faiz və daha çox yağverən növləri yetişdirilir.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM