12 Avqust 2021 00:21
821
ELANLAR
A- A+

Güclü turbulentliyə düşən “AZAL” pilotlarına təşəkkür elan edilib

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına görə, avqustun 11-də “Azərbaycan Hava Yolları” rəhbərliyi 10 min metrdən çox yüksəklikdə güclü turbulentlik zonasında təyyarənin idarə edilməsi zamanı peşəkar məharət göstərən aviaşirkət pilotları ilə görüş keçirib.

Xatırladaq ki, avqustun 7-də İstanbuldan Bakıya hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi Türkiyə səmasında güclü turbulentlik zonasına düşüb.

“AZAL”ın prezidenti Cahangir Əsgərov güclü turbulentlik zamanı bacarıqlı hərəkətlərinə görə pilotlar Emin Babayevə, Elşən Sadıqbəyliyə və Məhəmməd Əliəsgərova təşəkkürünü bildirib və onlara qiymətli hədiyyələr təqdim edib.

“Pilotlar təyyarəni güclü turbulentlik zonasından çıxararaq vəziyyəti nəzarətə götürmüş və ştat rejimində uçuşu davam etdirmişlər”, - deyə Cahangir Əsgərov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı uçuşların təhlükəsizliyinə və uçuş heyətinin peşəkar hazırlığına hər zaman böyük diqqət yetirir. Aviaşirkətin pilotları təyyarənin müxtəlif şəraitdə idarə olunması zamanı ekipajın hərəkətlərini keyfiyyətli məşq etməyə imkan verən aviatrenajorlarda daim hazırlıq keçirlər.

Cahangir Əsgərovun qeyd etdiyi kimi, turbulentlik, demək olar ki, hər bir mülki aviasiya pilotunun üzləşdiyi, tez-tez rast gəlinən təbiət hadisəsidir. Aydın səmada turbulentliyi (AST) əvvəlcədən müəyyən etmək mümkün deyil, lakin təyyarələr üçün heç bir təhlükəsi yoxdur.

Uçuş heyəti də onlara göstərilən diqqətə görə “AZAL”ın rəhbərliyinə təşəkkür edərək gələcəkdə də peşə bacarıqlarının təkmilləşdirilməsinə və uçuşların təhlükəsizliyinin təmin olunmasına davam edəcəklərini bildirib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video