06:49 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Green Hill İnn» mehmanxanası Şəkinin turizm potensialının daha bir əyani göstəricisidir
ANA SƏHİFƏ / SƏFƏRLƏR
04:11 18.11.2011

 

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində "Green Hill İnn" mehmanxanasının açılışında iştirak etmişdir.

Dövlət başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, beşmərtəbəli turizm kompleksinin ümumi ərazisi 1,2 hektardır. Kompleksə daxil olan otel və kotteclərin ümumi sahəsi isə 5 min kvadratmetrdən çoxdur. Ərazidə mehmanxana binası ilə yanaşı, yardımçı tikililər, böyük və kiçik hovuz yaradılmışdır. Mehmanxananın həyəti abadlaşdırılmış, geniş yenidənqurma işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.

Prezident İlham Əliyev mehmanxananın ərazisində görülməsi nəzərdə tutulan işləri əks etdirən stendə baxdı, ən yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr etdi. Şəkidə həyata keçirilən geniş quruculuq-abadlıq işləri barədə dövlət başçısına məlumat verildi.

Bildirildi ki, mehmanxananın 4 mərtəbəsi apartament nömrələrdir. Burada

4 birotaqlı, 12 ikiotaqlı,

8 üçotaqlı, 3 dördotaqlı nömrələr qonaqlara təklif olunur. Mehmanxana binasının beşinci mərtəbəsində isə 18 otaq yaradılmışdır. Nömrələrin hamısı ən son informasiya-kommunikasiya avadanlığı, o cümlədən internetlə təmin olunmuşdur. Binada sürətli liftlər quraşdırılmışdır.

Qeyd edildi ki, müasir havalandırma sistemləri ilə təchiz edilən mehmanxana kompleksinin ərazisində, həmçinin kottec tipli istirahət və əyləncə otağı, SPA, fitnes, yeməkxana və asudə vaxtın səmərəli keçirilməsi üçün otaqlar vardır. Mehmanxana kompleksində 200 nəfər işlə təmin edilmişdir.

"Green Hill İnn" mehmanxanası Şəkinin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını da nümayiş etdirir. Burada yaradılan şərait təsdiqləyir ki, müasir dövrdə turizmin əsas məqsədi ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etməkdir. Son illər Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə xırda və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir.

Dövlət başçısı mehmanxananın açılışı münasibətilə təbriklərini çatdırdı.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM