19:55 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Göz gigiyenası
ANA SƏHİFƏ / SƏHIYYƏ
18:10 05.05.2020

Uzun müddət mütaliə etmək, telefon, kompüter və planşetlərdən istifadə etmək görmə qabiliyyətinə çox mənfi təsir göstərir. Həmin təsirləri aradan qaldırmaq üçün, ilk növbədə, göz gigiyenasına əməl etmək və göz idmanı ilə məşğul olmaq məsləhətdir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova AZƏRTAC-a bildirib ki, göz idmanı əzələlərin möhkəmlənməsinə kömək edir: "Gözün daxilində əzələlər var və onların uzun müddət eyni vəziyyətdə qalması görmə qüsurlarına aparıb çıxarır. Açıq havada olanda gözün yığılmış əzələləri boşalmış olur və uzağa baxanda göz əzələləri istirahət edir”.

Həkimlərin dediyinə görə, həmin göz hərəkətlərinə mütəmadi əməl etmədikdə müəyyən problemlər baş verir: "Xəstələr çox vaxt şikayətlənirlər ki, müəyyən vaxt işləyəndən sonra başını qaldıranda uzağı dumanlı görürlər. Onlar, həmçinin gözlərdə sulanma, alın nahiyəsində ağrılardan da şikayət edirlər. Ona görə də profilaktika üçün göz idmanı etmək məsləhətdir. Məsələn, belə bir asan qayda var: 20 dəqiqə işləyəndən sonra 20 saniyə 20 addım məsafəsinə baxmaq məsləhətdir”.

Gimnastik göz hərəkətlərinə yaşından asılı olmayaraq hər kəs riayət etməlidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM