15:19 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Göygöl Rayon İcra Hakimiyyətinin Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci il üçün açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:23 13.08.2021

 

Göygöl MKTİB-nin balansında olan kommunal yaşayış evlərində əsaslı təmir işləri (23 yaşayış evinin təmiri).

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilən LOT üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar Tender komissiyasına müraciət edə bilərlər.

Ünvan: Göygöl şəhəri, S.Hacıyev küçəsi, 42

Telefon: 022-205-23-69; (050) 681-61-50

Əlaqələndirici şəxs: Allahverdiyeva Fəridə Mayıl qızı.

Maraqlananlar aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra Əsas şərtlər toplusunu yuxarıda göstərilən ünvandan ala bilərlər.

İştirak haqqı - 400 manat. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat: Göygöl  RİHB-nin Göygöl şəhər İƏD-si üzrə nümayəndəliyi

 

HESAB: AZ93CTRE00000000000002511232

VÖEN: 7600050571

BANK: DÖVLƏT XƏZİNƏDARLIQ AGENTLİYİ

Kod: 210005

VÖEN BANK: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.I.F.T. CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;

- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır).

 

İddiaçılar tələb olunan sənədləri 03.09.2021-ci il saat 12:00-dək, tender təklifi və bank zəmanətini isə 13.09.2021-ci il saat 12:00-dək təqdim etməlidirlər.

Tender zərfləri 14.09.2021-ci il saat 12:00-da açılacaqdır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM