04 Mart 2021 18:49
761
Elm və texnika
A- A+

“Google” apreldə istifadəçilər üçün internetdə yeni məxfilik nəzarət sistemini təqdim edəcək  

 

"Google" şirkəti apreldə "Chrome" brauzeri üçün yeni məxfilik nəzarət sisteminin ilk versiyasını tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə reklam sahəsi üzrə məxfiliyə cavabdeh olan Devid Temkin şirkətin bloqunda yazıb.

"Chrome apreldə yeni məxfilik nəzarət sisteminin ilk versiyasını təqdim edəcək və gələcəkdə onu genişləndirəcək", - deyə o qeyd edib. Bildirib ki, "Google" ikinci rübdə elan verənlərlə birgə "cookie" ("kuki" – veb-server tərəfindən göndərilmiş və istifadəçinin kompüterində saxlanılan kiçikhəcmli məlumatdır) fayllarının istifadəsindən imtinaya imkan verəcək "FLoC" alqoritmini sınaqdan keçirməyə başlayacaq. Sistem ayrı-ayrı insanların məlumatlarını ayırmayacaq, bunun əvəzində oxşar üstünlüklərə malik istifadəçilər qrupunu formalaşdıracaq ki, bu da hər bir konkret istifadəçinin məlumatlarının anonimliyini saxlamağa imkan verəcək, elan verənlər isə öz məhsul və xidmətlərinə uyğun gələn reklamın göstərilməsi üçün ümumi təsəvvür əldə edəcəklər.

Şirkət, həmçinin gələcəkdə istifadəçilərin şəxsi məlumatlarının toplanılması üçün yeni sistemlər hazırlamayacaq. "Biz "cookie" fayllarından istifadə dayandırılan kimi ayrı-ayrı insanların izlənilməsi üçün alternativ eyniləşdirmə vasitələri yaratmayacağımızı və öz məhsullarımızda istifadə etməyəcəyimizi bildiririk", – deyə D.Temkin qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video