23 Oktyabr 2021 00:36
1093
Elm və texnika
A- A+

Geyim dünyasının ilk brendləri

 

“Brooks Brothers”

 

Kapitalist yaşamının əsasını qoyan, təbəqələşməni daha da sürətləndirən vasitələrdən biri də geyim markalarıdır. Dünyanın ilk geyim brendi “Brooks Brothers”dir. Hazır geyim təklif edən bu ilk firmanın əsası 1818-ci ildə qoyulub. Henri və kiçik qardaşı Devid Bruks mağazanı Nyu Yorkun Manhattan şəhərində açaraq geyim satışlarını həyata keçirib. Həmin zaman brend “H & D.H Brooks and Co.” adı altında fəaliyyət göstərib. 1833-cü ildə Henri öldükdən sonra mağaza oğullarına miras qalıb. 1850-ci ildən etibarən brend “Brooks Brothers” adı ilə tanınıb.

Markanın loqosunda lentlə asılmış qoyun təsvir olunub. Bu simvolun tarixi qədim Yunanıstana gedib çıxır. Əfsanəyə görə, Ceysn və Arqonats qızıl yun əldə etmək üçün hər cür qurban verməyə hazır idilər. Bununla da onların uğurları əfsanəyə çevrilmişdi. Loqodakı ideya da buradan qaynaqlanır.

Firma kostyumlar satışa çıxararaq “tikdirməyə vaxtı olmayanlar üçün hazır kostyumlar” şüarı ilə yeni tendensiyaya başlamışdı. Ümumi fəaliyyəti boyunca Amerikanın 40 prezidentini geyimlə təmin etmişdi. ABŞ-ın sabiq prezidenti Abraham Linkoln sui-qəsd nəticəsində ölən zaman üzərində brendin kostyum və paltosu var idi. Həmin vaxtdan 2003-cü ilə qədər mağazada kostyum satışına rast gəlinmədi.

Amerikada Vətəndaş müharibəsi zamanı markanın nüfuzu sarsılmışdı. Belə ki, əsgərlər üçün forma hazırlayan brendin istehsal etdiyi paltarlar keyfiyyətsiz olmuşdu. Formalar ucuz parçalardan hazırlanmış, yağış və küləyə məruz qaldıqda parçalanmışdı. Lakin arzuolunmaz bu vəziyyət kompensasiya edilmiş, yenidən yüksəkkeyfiyyətli formalar tikilmişdi.

Hazırda ən qocaman brend olan “Brooks Brothers” kişi, qadın və uşaqlara aid hər cür geyimləri təqdim edir. Eyni zamanda bir çox məşhurların, kino ulduzu və aparıcıların da əvəzedilməzidir.

 

“Hermes”

 

Xəyallarda canlanan dəbdəbəli geyimlərin olduğu Paris küçələri bütün dünyanı özünə cəlb etməsi ilə seçilir. Yaranma tarixinə görə geyim brendlərinin ilk ikinci pilləsində yer alan “Hermes” bir fransız markasıdır. 1837-ci ildə markanın əsası Tierri Hermes tərəfindən qoyulub. Əvvəlcə yalnız atelyedən ibarət olan moda evi sonralar Parisdə yerləşən mağazaya köçürülüb. Avropa xalqını heyran edən “Hermes” daha çox dəridən hazırladığı məhsullarla fərqlənirdi.

Firmanın nüfuzunu daha çox artıran Emile Hermesin geyim dünyasına gətirdiyi yenilik oldu. Bir çox geyimlərdə, çantalarda yer alan zəncirbəndi ilk dəfə bu brend istifadə etmişdi. XX əsrin ortalarından etibarən markanın libasları ilə bəzənən müştərilərinin görünüşlərini tamamlamaq üçün zərgərlik məmulatları, saatlar və ayaqqabılar da təqdim edilmişdi.

Markanın loqosunda at arabasına bağlı at və onun qarşısında dayanan bir kişi təsvir edilib. Fransız rəssam Alfred Drunun “Bağlanan araba, gözləyən bəy” adlı əsərindən ilhamlanaraq hazırlanıb. Narıncı rəng isə təsadüfən seçilib. Çatdırılma qutuları hazırlanarkən krem və qızılı tonlar tükəndiyi üçün qutulara narıncı rəng çəkilib. Bununla da narıncı rəng markanın əsas imzasına çevrilib.

Bu gün “Hermes” alıcılarına kişi və qadına dair şahanə geyimlər, çantalar, cəvahirat və saatlar, ətirlər, müxtəlif aksesuarlarla xidmət göstərir. Bu markanın dünyanın 45 ölkəsində 306 filialı fəaliyyətdədir.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video