08 Iyul 2014 04:07
378
Elm və texnika
A- A+

Genetik Ehtiyatlar İnstitutunda viki-qrupun iclası keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda viki-qrupun iclası keçirilmişdir. Məqsəd yaradılmış qrupun fəaliyyətinin gücləndirilməsindən ibarət olmuşdur.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, iclasda çıxış edən qrupun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov qeyd etmişdir ki, AMEA tərəfindən hər bir institutda viki-qrupun yaradılması qərara alınmışdır. Bu qrupun yaradılmasında əsas məqsəd internetdə Azərbaycan reallıqları ilə bağlı informasiya resurslarının gücləndirilməsidir. O, vurğulamışdır ki, artıq Genetik Ehtiyatlar İnstitutunda viki-qrup fəaliyyətdədir. Qrupun iki üzvü-İlhamə Mirzəliyeva və Məhəmməd Eldarov AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 1 aylıq kurs keçmişlər.
Sonra İ.Mirzəliyeva təlimdən qazandığı təcrübə barədə məruzə etmişdir.
Sonda institutun hər şöbəsindən vikipediyaya məlumatların daxil edilməsi qərara alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video