28 Aprel 2020 00:25
2003
Səhiyyə
A- A+

Gəncənin tibb müəssisələri hər növ infeksiyaya qarşı mübarizəyə hazırdır


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdəki tibb müəssisələrində xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyəti ilə tanış olub. İcra hakimiyyətinin başçısı şəhərdə fəaliyyət göstərən xəstəxana və poliklinikalara baş çəkib, əhalinin sağlamlığı ilə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıb. Xəstəxanaların tibb heyəti ilə görüşən şəhər rəhbəri pasiyentlərlə də profilaktik söhbətlər aparıb.

Söhbət zamanı icra başçısı bildirib ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar artıq uğurlu nəticələr verir. Bu işdə heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Məhz buna görə də tibb müəssisələrində xüsusi karantin rejimi qaydalarına və sanitar-gigiyenik normalara əməl edilməsi olduqca vacibdir.

Şəhər rəhbəri tibbi personalla yanaşı, pasiyentlərlə də söhbət edib və hər bir insanın tibbi maskadan istifadə etməsinin vacibliyini vurğulayıb. İcra başçısı müayinə və müalicəyə gələn vətəndaşların tibbi maska ilə təmin olunması üçün müvafiq tapşırıqlar verib. Koronavirusla mübarizənin effektivliyini artırmaq üçün şəhər səhiyyə idarəsində mobil qrupların yaradılmasını tapşırıb. Həmin mobil qrupların tibb müəssisələrində mütəmadi monitorinqlər aparmasının vacibliyini bildirib. Xəstəxana və poliklinikaların bütün girişlərində xüsusi dezinfeksiyaedici məhlulların yerləşdirilməsi istiqamətində də işlərin görülməsinin vacibliyini bildirən icra başçısı bu işin icrasını Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarına tapşırıb.

Xəstəxanalarda və poliklinikalarda işgüzar söhbətlər aparan Niyazi Bayramov əhalinin sağlamlığının keşiyində məsuliyyətlə dayanan tibb işçilərinə minnətdarlığını bildirmiş, xüsusi karantin rejimi qaydalarına daha ciddi əməl olunması istiqamətində öz tövsiyələrini vermişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video