22 Yanvar 2012 03:01
444
Səfərlər
A- A+

Gəncədəki «Xəmsə» abidə kompleksində Nizami Gəncəvinin heykəli açılmışdır

 

 

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "Xəmsə" abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmişdir.

Dövlət başçısı dahi şairin heykəlinin üzərindən örtüyü götürdü, önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilmişdir. "Xəmsə" abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılmışdır. Kompleksdə Nizami Gəncəvinin "Leyli və Məcnun", "Sirlər xəzinəsi", "Yeddi  gözəl", "Xosrov və Şirin", "İskəndərnamə" poemalarının hər birinə aid abidə qoyulmuşdur. Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlmişdir.

Keçmişə bağlılıq, əcdadlarımızdan gələn mədəni dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan olan "Xəmsə" abidə kompleksi də dövlət başçısının Nizami yaradıcılığına verdiyi önəmi bir daha təsdiqləyir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video