14 Fevral 2019 22:51
2518
Birinci vitse-prezident
A- A+

Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası yenidən qurulacaq


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, direktor Sahilə Hüseynova 280 yerlik bağçada hazırda 4 qrup üzrə 75 uşağın təlim-tərbiyə aldığını dedi. Bildirildi ki, ümumilikdə 20 nəfərlik heyət uşaqların sağlam, bilikli, bacarıqlı və vətənpərvər ruhda böyümələri üçün çalışır. Aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaq məqsədi daşıyır.

Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb.

Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı uğurla icra olunur.

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video