20:32 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gəncədə yetişdirilən 10 min Xan çinar Qarabağda əkiləcək

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:50 15.06.2021

 

Qədim Nizami yurdu özünün Xan çinarları ilə də məşhurdur. İndi burada yaşı əsrlərlə ölçülən yüzlərlə çinar ağacı vardır. Gəncənin simvoluna çevrilən bu ağaclar dövlət tərəfindən mühafizə olunaraq qorunur.

Qeyd edək ki, elmi mənbələrdə əsl adı “Platanus Orientalis” kimi tanınan Şərq çinarı Gəncədə Xan çinar adlandırılır və şəhərin rəmzlərindən biri hesab olunur. Adətən, 1000-1500 il yaşayan bu ağacların gövdəsinin diametri 12 metrədək böyüyə bilir. Əzəmət və ucalıq rəmzi hesab edilən Xan çinarlarının hündürlüyü 25-30, bəzi hallarda isə 50 metrə çatır.

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi maraqlı təşəbbüslə çıxış etmişdir. Onlar işğaldan azad olunmuş Qarabağ ərazilərində ilkin olaraq 10 min çinar ağacının əkilməsini qərara almışlar. Bunun üçün birliyin yaşıllaşdırma təsərrüfatında geniş hazırlıq işlərinə başlanılmışdır. Körpə ağacların köçürülməsi payız mövsümündə həyata keçiriləcək. Bundan başqa, işğaldan azad olunmuş torpaqlarımızda şam, akasiya, palıd və kiparis ağaclarının da əkilməsi nəzərdə tutulur.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM