22 Yanvar 2012 03:01
479
Səfərlər
A- A+

Gəncədə Heydər Əliyev Mərkəzinin təməli qoyulmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanış oldu. Qeyd edildi ki, mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan "Zəfər tağı" inşa ediləcəkdir. "Zəfər tağı"nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaqdır. Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur.

Bildirildi ki, mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas zalı olacaqdır.

Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.

Dövlət başçısı beton qarışığı tökən qurğunun düyməsini basdı.

Azərbaycan Prezidenti mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video