16:08 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gəlin birlikdə ağac əkək və yaşıllıqları qoruyaq
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:03 30.03.2017

 

8-ci mikrorayon Bakı şəhərinin nümunəvi yaşayış massivlərindədir.  Əvvəllər pilot layihələr ilk növbədə bizim mikrorayonda həyata keçirilib.  İndi də bu ənənə davam etməkdədir. Mikrorayon qurulduğu  dövrün mütərəqqi şəhərsalma normativləri əsasında layihələndirilib:   yetərli sayda   məktəblər, uşaq bağçaları, poliklinika tikilib, sosial obyektlər, xidmət  sahələri yaradılıb.  Hər tikilinin ətrafında  layihə üzrə mütləq geniş  yaşıllıq zolaqları salınıb.  Əhali də yaşıllıqların genişləndirilməsində  bilavasitə iştirak edib. On illərlə könüllü bağbanlıq edən təbiətsevərlərin zəhməti hesabına mikrorayonumuz  yaşıllığa bürünüb.  Təəssüf ki, zaman keçdikcə, müxtəlif  səbəblərdən bu yaşıllıqlarda seyrəlmə baş verib. Bəzi ağaclar quruyub, bəziləri kəsilib və yerlərində də heç nə əkilməyib.

Minnətdarlıqla xatırladırıq ki, bir neçə il əvvəl Bakıda nümunəvi məhəllələr yaradılarkən ilk belə layihələrə  Binəqədi rayonunda, bizim mikrorayonda  start verildi.  Binamızın qarşısı, ətrafı  abadlaşdırıldı,  həyətdə hətta fəvvarə də quraşdırıldı. Yol genişləndirildi, bloklar təmir edildi. Yaşıllıqlara da əl gəzdirildi: ağaclar budandı, bəzi yerlərə dekorativ bitkilər əkildi. Məhəllə başdan-başa  yaşıllığa büründü: torpaq sahələrə  bütünlüklə  qazon döşəndi.  Bitkilərə qulluq üçün məhəlləyə bağban da  təhkim olundu.

Bu abadlıq prosesinin ikinci mərhələsi yaxın günlərdə yekunlaşıb. Binanın arxasından  keçən Cəfər Xəndan küçəsi də bütünlüklə yenidən qurulub - yol genişləndirilib, asfalt örtüyü  və   səki elementləri  yenilənib.  Hətta yolkənarı yaşıllıq zolağındakı ağaclar belə budanıb, torpaq bellənib, yumşaldılıb.  Hərçənd,  bu zaman  bir neçə  ağac nədənsə “yoxa” çıxıb... 

İndi bu yolkənarı zolağa, binanın arxasındakı, eləcə də qarşısındakı  yaşıllığı seyrəlmiş yerlərə baxanda bu boşluqların  doldurulmasına, yeni ağaclar əkilməsinə ehtiyac olduğu görünür. Bina sakinləri olaraq biz təşəbbüs göstərib bu kampaniyada iştirak etmək istəyirik.  Unutmaq olmaz ki, yaşıllıqları qorumaqla yanaşı onları mütəmadi olaraq zənginləşdirmək, genişləndirmək lazımdır.  Ümid edirik, rayonun əlaqədar təşkilat rəhbərləri istəyimizi nəzərə alar, məhəlləmizdə yeni yaşıllaşdırma kampaniyası keçirər: gəlin, birlikdə ağac əkək və onları qoruyaq.

Ancaq yaşıllıqları qorumaq heç də asan deyil. Xüsusilə meydançalarda futbol oynayan uşaqlara bunun vacibliyini  izah etmək çətindir. Doğrudur, uşaqlar idmanla məşğul olmalıdır. Bununla belə, yaşıllıqlara, ictimai və xüsusi mülkiyyətə ziyan vurmalı deyillər. Bu səbəbdən bir xahişimiz də hüquq mühafizə orqanı əməkdaşlarının, valideynlərin, müəllimlərin  uşaqlar arasında maarifləndirmə işini genişləndirmələri ilə bağlıdır. Digər tərəfdən, əgər binanın önündəki meydança futbol və digər top oyunları üçün də nəzərdə tutulubsa,  ətrafını  müəyyən hündürlükdə torla əhatələmək daha məqsədəuyğun olmazmı? Beləcə, uşaqlar rahat futbollarını oynayar, yaşıllıqlara da ziyan vurulmaz.

 

Elxan ELDAROĞLU,

8-ci mikrorayon, 23 N-li bina  sakini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM