Gədəbəydə kartof yığımında yüksək göstəricilər əldə olunur
Məhsulun artıq yarıdan çoxu toplanıb
Hər bir ölkədə iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərti etibarlı ərzaq təminatıdır. Bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlər hesabına uğurlu nəticələrə nail olunur. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönəldilən irimiqyaslı tədbirlər nəticəsiz qalmır.
Aqrar sahəyə dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artdıqca, uğurların sayı da çoxalır. Xüsusilə yeni texnikaların alınması, subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrə və yanacağın, eləcə də kreditlərin verilməsi kəndlini torpağa daha sıx bağlayır.
El arasında nə vaxtsa “ikinci çörək” adlandırılmış kartof bu gün də keçilməz ərzaq məhsulu sayılır. Doğrudur, son illər ölkəmizdə bu vacib məhsulun yetişdirilməsi ilə bir çox rayonlar da məşğul olur. Lakin Azərbaycanda kartofçuluğun inkişafı Gədəbəy rayonunun adı ilə bağlıdır. Kartofçuluqda rayon sakinləri zəngin təcrübə toplamışlar. Bir də ki, Gədəbəy kartofunun dadı tamam başqadır. Bu səbəbdən bazarda ona tələbat da çoxdur. Rayonda əkin sahələrinin ildən-ilə genişləndirilməsi və məhsuldarlığın artırılması elə həmin tələbatın ödənilməsinə hesablanıb.
Hər il olduğu kimi, bu il də Gədəbəydə bol kartof yetişdirilmişdir. Xeyli vaxtdır ki, fermerlər min bir zəhmətlə yetişdirdikləri kartofun yığımına başlamışlar. Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyevlə söhbət zamanı məlum oldu ki, məhsulun artıq yarıdan çoxu yığılmışdır. Bu işdə rayon icra hakimiyyəti və Aqrar İnkişaf Mərkəzi fermerlərə hər cür kömək edir. Xüsusilə toplanmış məhsulun sahədən anbarlara daşınmasında onların yardımına ehtiyac olur.
Xatırladaq ki, keçən il 10 min 400 hektarda kartof əkən fermerlər 125 min 735 ton məhsul toplamışlar ki, bu da hər hektardan 120,9 sentner məhsul deməkdir. Lakin bütün qüvvələri səfərbərliyə alan gədəbəylilər bu il həmin göstəricini 135 min tona, məhsuldarlığı isə 130 sentnerə çatdırmağı qarşılarına məqsəd qoymuşlar. Yayın quraq keçməsi rayonda məhsuldarlığa təsir göstərsə də, fermerlər nikbindirlər. Onlar builki məhsuldarlığın keçənilkindən çox olacağını ümid edirlər. Xüsusən kartof yığımının texnikalar vasitəsilə aparılması məhsulun vaxtında və itkisiz toplanmasına imkan verdiyindən əkinçilər ümidlərinin doğrulacağına əmindirlər. Əsasən yerli - “Telman”, Əmiri-600”, “Ağçiçək” və digər sortlara üstünlük verən rayon sakinləri hər il bu sortlardan növbəti ilin əkini üçün toxum da tədarük edirlər.
Hazırda elə fermer təsərrüfatları var ki, kartof yığımını başa çatdırmışdır. Düz Rəsullu kəndindən olan fermerlər Vaqif Məmmədov və İmran Həsənov belələrindəndir. Vaqif 7 hektar sahədən 105 ton məhsul götürüb ki, bu da hər hektardan 150 sentner kartof deməkdir. İmran Həsənov isə 6 hektarda kartof əkmiş və 105 ton məhsul tədarük etmişdir. Amma məhsuldarlığa görə Saqib Yəhyayev yenə də rayonda birincidir. O, 16 hektar sahədən 560 ton məhsul toplamışdır. Hər hektardan 350 sentner kartof götürən fermer gələn il əkin sahələrini bir qədər də artırmağı planlaşdırır.
Ümumiyyətlə, Gədəbəydə elə kənd yoxdur ki, orada sakinlər kartof əkini ilə məşğul olmasınlar. Saratovka kəndinin sakinləri Oqtay Xəlilov 20, Əli İsmayılov 25, Ramiz Əliyev 7 hektarda yetişdirdiyi məhsulu vaxtında toplamaq üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Daşbulaq kəndinin sakini, II dərəcəli Əmək ordenli Hatif Fərzəliyev də onların sırasındadır.
Gədəbəydə yeni kartof sortlarının yetişdirilməsi üçün də əlverişli şərait var. Bu məqsədlə icra hakimiyyətinin təşəbbüsü ilə rayonda yeni yaradılmış yüksək məhsuldarlıqlı kartof sort nümunələrinin yetişdirilməsinə başlanılmışdır. Elə bu günlər rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin iştirakı ilə əkin sahələrinə baxış keçirilmişdir. Baxış zamanı “Çənlibel”, “Uğur”, “Turan” və “Vaqif” sortlarının məhsuldarlığı yüksək qiymətləndirilmiş və həmin sortların əsasən dağlıq ərazilərdə dəmyə şəraitində əkilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!